Yeni Kaledoniyanın azadlıq mübarizləri yeni referendum tələb edirlər
Siyasət

Yeni Kaledoniyanın azadlıq mübarizləri yeni referendum tələb edirlər

Biz bu gün Azərbaycan Milli Məclisinin sədri ilə əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu isə özündə siyasi dəstəyi ehtiva edir və əməkdaşlıq sərhədlərimizi genişləndirir.

"Respublika" xəbər verir ki, bunu Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O, bu gün çox tarixi bir an yaşandığını vurğulayıb.

“Biz referenduma yenidən baxış keçirilməsi üçün artıq öz şikayətimizi hazırlayıb təqdim etmişik. Bu referendum kanak xalqlarının haqlarını oğurladığı üçün biz ona qarşı mübarizə aparırıq. Azərbaycana müstəqillik mübarizəmizdə yanımızda olduğuna görə minnətdarlığımızı bildiririk”, -  O.Nauselin qeyd edib.