“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
İdman

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

“Neftçi”nin iki futbolçusu Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”la keçiriləcək cavab matçını buraxacaq. 

Klubun mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, cəzalı Eddi İsrafilov da Ağdam təmsilçisi ilə oyunda iştirak etməyəcək.