ABŞ-dan Qəzza üzrə danışıqlarda yeni təklif
Dünya xəbərləri

ABŞ-dan Qəzza üzrə danışıqlarda yeni təklif

HƏMAS hərəkatının Qəzza sektorunda saxladığı girovların azad edilməsi ilə bağlı Qahirə danışıqlarında ABŞ tərəfdən iştirak edən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns yeni təkliflə çıxış edib.

"Respublika" xəbər verir ki, CNN teleradio kompaniyası bu barədə diplomatik mənbələrə istinadla məlumat yayıb.

ABŞ-ın təklifinin üç mərhələdən ibarət olduğu bildirilir. Atəşkəsin birinci mərhələsində İsrail HƏMAS-ın azad edəcəyi 40 girov müqabilində 900 fələstinlini həbsdən buraxmalıdır. Bundan əlavə, Vaşinqton Fələstin eksklavının cənubuna qaçan Qəzza sakinlərinin də evlərinə qayıtmasına icazə verilməsini istəyir.

Qahirədəki danışıqlarda iştirak edən Misir, Qətər, ABŞ və İsrail nümayəndələri həftə sonu ABŞ-ın təklifləri ilə razılaşıb və saziş layihəsi bundan sonra baxılması üçün HƏMAS hərəkatına göndərilib.

Danışıqların sonuncu raundu başlamadan öncə CNN telekanalının yaydığı məlumata görə, Qahirədə bir çoxu ömürlük həbs cəzasına məhkum edilən 700-ə yaxın fələstinli məhbusun azadlığa buraxılması məsələsi müzakirə edilir.