7 fevral 2024-cü ildə keçiriləcək seçkilərdə Azərbaycan Respublikası prezidentliyinə müstəqil namizəd Əliyev Fuad Ağası oğlunun seçki platforması
Siyasət

7 fevral 2024-cü ildə keçiriləcək seçkilərdə Azərbaycan Respublikası prezidentliyinə müstəqil namizəd Əliyev Fuad Ağası oğlunun seçki platforması

SEÇKİ KAMPANİYASININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞÜARLARI

MİLLİ BARIŞ, MƏSULİYYƏTLİ HAKİMİYYƏT

PREZİDENT XALQIN XİDMƏTİNDƏ OLMALIDIR

NEYTRAL AZƏRBAYCAN

İNSAN ZƏKASI NEFT VƏ QAZDAN DAHA ƏHƏMİYYƏTLİDİR

SİZ DAHA YAXŞI HƏYATA LAYİQSİNİZ

KORRUPSİYA YOX, YÜKSƏK QİYMƏTLƏRƏ YOX, İNHİSARÇILIĞA YOX

AŞAĞI VERGİ, DÖVLƏT QAYĞISI, LAYİQLİ MAAŞ

VARLI VƏTƏNDAŞ - VARLI ÖLKƏ

PROQRAMIN ADI:

Prezidentliyə namizəd Fuad Əliyevin "Vətəndaş Birliyi" seçki qərargahın 18 tezisi

1. AZƏRBAYCANDA PREZİDENT ÜSUL İDARƏSİNDƏ VƏTƏNDAŞ CƏMİYYƏTLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ

2. ÖLKƏ ƏRAZİSİNDƏ İDARƏETMƏDƏ REFORMALAR ÇƏRÇİVƏSİNDƏ PREZİDENTİN 7 REGİON ÜZRƏ NÜMAYƏNDƏLİYİN FORMALAŞDIRILMASI. MÖVCUD İCRA HAKİMİYYƏTLƏRİNİN SƏLAHİYYƏTLƏRİNİ BƏLƏDİYYƏLƏRƏ VERİLMƏSİ.

3. ÖLKƏDƏ NAZİRLƏR KABİNETİNİN SƏLAHİYYƏTLƏRİNİN VİTSE-PREZİDENTLİK İNSTİTUTU İLƏ ƏVƏZ EDİLMƏSİ.

4. QƏRBİ AZƏRBAYCANLILARIN SÜLH YOLU İLƏ QAYIDIŞI.

6. ORDU QURUCULUĞUNDA ÇAĞIRIŞ SİSTEMİNDƏN İMTİNA, PEŞƏKAR DÖYÜŞ QABİLİYYƏTLİ ORDU QURMAQ

7. Aİ, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və AVRASİYA İQTİSADİ BİRLİYİNƏ (EURAZES) QOŞULMAQ İSTİQAMƏTİNDƏ FƏALİYYƏTİN GÖSTƏRİLMƏSİ VƏ TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIĞININ GÜCLƏNDİRİLMƏSİ

8. AZƏRBAYCANIN NEYTRAL ÖLKƏ STATUSUNUN RƏSMİ ELANI

9. NATO VƏ KTMT-yə BİTƏRƏF MÜNASİBƏTİN SAXLANMASI

10. MÜƏLLİMLƏRİN VƏ HƏKİMLƏRİN MAAŞLARIN ARTIRILMASI İLƏ TƏHSİL SİSTEMİNDƏ VƏ TİBDƏ KORUPSİYAYA QARŞI ÜNVANLI ISLAHATLARIN APARILMASI.

HƏKİM VƏ MÜƏLLİMLƏRİN 5 İLDƏN BİR ƏLAVƏ SERTİFİKASİYA İMTAHANLARININ LƏĞV OLUNMASI

11. ALİ TƏHSİL SİSTEMİNDƏ RƏQƏMSAL, HABELƏ İNNOVATİV VƏ NANOTEXNOLOGİYALAR ÜZRƏ MÜTƏXƏSSİSLƏRİN HAZIRLANMASINA XÜSUSİ DİQQƏTİNİN AYRILMASI. MÜHƏNDİSLİK VƏ İNFORMASİYA TEXNOLOGİYALARI KİMİ İXTİSASLARIN POPULYARLAŞDIRILMASI.

12. AZƏRBAYCAN TƏHSİLİNDƏ 1985-ci İLDƏN ƏVVƏL DÜNYADA ƏN YAXŞI HESAB EDİLƏN ORTA MƏKTƏB TƏHSİLİ ƏNƏNƏLƏRİNİN BƏRPA EDİLMƏSİ. KURİKULUMDAN İMTİNA EDİLMƏSİ

13. İDARƏÇİLİK SİSTEMİNDƏ BÜROKRATİYANIN QARŞISINI ALMAQ MƏQSƏDİ İLƏ DÖVLƏT İDARƏLƏRİNİN MÜƏYYƏN QƏDƏR İXTİSARI

14. BAKI ŞƏHƏRİ VƏ DİGƏR BÖYÜK ŞƏHƏRLƏRDƏ 7 MƏRTƏBƏDƏN YÜKSƏK BİNALARIN TİKİLMƏSİNİN RƏSMİ QADAĞAN EDİLMƏSİ

15. VƏTƏNDAŞLAR ÜÇÜN VERGİLƏRİN AZALDILMASI (ƏDV VƏ GƏLİR VERGİSİ)

16. ÇÖRƏK İSTEHSALI, SATIŞI VƏ QİYMƏTLƏRƏ NƏZARƏTİN DÖVLƏTİN İNHİSARÇILIĞINDA OLMASI.

17. ƏHALİ ÜÇÜN YANACAQ VƏ ELEKTRİK ENERJİSİ QİYMƏTLƏRİNİN 2024-cu il APRELİN 1-DƏN AŞAĞI ENDİRİLMƏSİ

18. AZƏRBAYCANDA YAŞAYIŞ MİNİMUMUNUN, HABELƏ SOSİAL MÜAVİNƏT VƏ PENSİYALARININ ARTIRILMASI. İNFLYASİYA GÖSTƏRİCİLƏRİ NƏZƏRƏ ALARAQ, MİNİMUM AYLIQ ƏMƏKHAQQININ 500 MANATA QƏDƏR ARTIRILSIN. PENSİYA YAŞININ KİŞİLƏR ÜÇÜN 62, QADINLAR ÜÇÜN 59 YAŞ MÜƏYYƏN EDİLMƏSİ

Prezidentliyə namizəd Fuad Əliyevin SEÇKİ PLATFORMASI

Hörmətli Azərbaycan Respublikasının vətəndaşları!

Əziz seçicilər!

7 fevral 2024-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi əlamətdar olacaqdır.

Bu günü Azərbaycan tarixinə qızıl hərflərlə yazmaq, gələcək nəsillər üçün suveren Azərbaycanı qoruyub yaşatmaq, ata-babalarımızdan bizə əmanət qalan dövlətçiliyimizi əmin dövlət başçısına etibar etmək Sizin əlinizdə olacaqdır. Müstəqil ölkənin müstəqil vətəndaşları olaraq seçkiyə gəlmək və layiq bildiyiniz namizədə səs vermək seçki günü ölkəmiz adına görə biləcəyiniz ən şərəfli iş və böyük vəzifədir.

"Vətəndaş Birliyi" seçki qərargahı vətəndaşlarımızın gələcək rifahı, dövlətimizin əbədi müstəqilliyi və suverenliyimizin qorunması üçün təsis olunmuş və Prezident seçkilərində mənim namizədliyimi irəli sürmüşdür. Vətəndaşlarımızın şəxsimə olan etimadını və inamını doğrultmaq üçün Prezident seçkilərində namizəd olmağı qəbul etmiş və bu məsuliyyəti dərindən dərk edərək seçkilərdə iştirakı şərəfli vəzifə hesab etmişəm.

Bu gün nəinki bizim dostlarımız, hətta bizi sevməyən bədxahlar belə ölkəmizin qazandığı uğurlardan və qələbələrdən heyranlıqla bəhs edirlər. Azərbaycanın bugünkü inkişafının davamlılığını təmin etmək, onu məkrli təsirlərdən qorumaq hər bir vətəndaşın və dövlətə rəhbərlik edən şəxsin çiyinlərinə ali və böyük məsuliyyət qoyur.

Bu böyük missiya və şərəfli işi davam etdirmək üçün qatıldığım Prezident seçkilərində mənə güvənəcəyinizə əminliyimi ifadə edirəm.

"Vətəndaş Birliyi" seçki qərargahının müəyyənləşdirdiyi və namizəd kimi rəhbər tutduğum prinsipial tezislər:

-           MİLLİ BARIŞ, MƏSULİYYƏTLİ HAKİMİYYƏT.

-           PREZİDENT XALQIN XİDMƏTİNDƏ OLMALIDIR!

-           NEYTRAL AZƏRBAYCAN.

-           İNSAN ZƏKASI NEFT VƏ QAZDAN DAHA ƏHƏMİYYƏTLİDİR.

-           KORRUPSİYAYA YOX, YÜKSƏK QİYMƏTLƏRƏ YOX, İNHİSARÇILIĞA YOX.

-           AŞAĞI VERGİ, DÖVLƏT QAYĞISI, LAYİQLİ MAAŞ.

-           VARLI VƏTƏNDAŞ - VARLI ÖLKƏ.

"Vətəndaş Birliyi" seçki qərargahının namizədi Fuad Əliyevin seçki PROQRAMI:

İdarəetmədə islahatlar:

–Azərbaycanda dövlət idarəetməsində vətəndaş cəmiyyətlərinin iştirakının gücləndirilməsi;

–Ölkənin ərazi idarəetməsində islahatlar aparılması. Prezidentin 7 region üzrə nümayəndəliyinin formalaşdırılması. Mövcud icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi;

–Nazirlər Kabinetinin səlahiyyətlərinin vitse-prezidentlik institutu ilə əvəz edilməsi;

–İdarəçilik sistemində bürokratiyanın qarşısını almaq məqsədilə dövlət idarələrinin təmərküzləşdirilməsi;

–Ordu quruculuğunda çağırış sistemindən imtina edilməsi, peşəkar döyüş qabiliyyətli ordunun qurulması.

Sosial-iqtisadi hədəflər:

–Əhali üçün yanacaq və elektrik enerjisi qiymətlərinin 2024-cu il aprelin 1-dən aşağı salınması;

–Azərbaycanda yaşayış minimumunun, habelə sosial müavinət və pensiyaların artırılması. İnflyasiya göstəricilərini nəzərə alaraq minimum aylıq əməkhaqqının 500 manata qədər artırılması. Pensiya yaşının kişilər üçün 62, qadınlar üçün 59 yaş həddində müəyyən edilməsi.

–Müəllimlərin və həkimlərin maaşlarının artırılması ilə təhsil sistemində və tibdə korrupsiyaya qarşı ünvanlı islahatların aparılması. Həkim və müəllimlərin 5 ildən bir əlavə sertifikasiya imtahanlarının ləğv olunması;

–Ali təhsil sistemində rəqəmsal, habelə innovativ və nanotexnologiyalar üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqətin ayrılması. Mühəndislik və informasiya texnologiyaları kimi ixtisasların populyarlaşdırılması;

–Azərbaycan təhsilində 1985-ci ildən əvvəl dünyada ən yaxşı hesab edilən orta məktəb təhsili ənənələrinin bərpa edilməsi. Kurikulumdan imtina edilməsi;

–Vətəndaşların ödədiyi vergilərin azaldılması;

–Çörək istehsalının satışına və qiymətlərinə nəzarətin dövlətin inhisarçılığında olması;

–Bakı şəhəri və digər böyük şəhərlərdə 7 mərtəbədən yüksək binaların tikilməsinə rəsmi qadağa qoyulması.

Beynəlxalq fəaliyyət:

–Azərbaycanın neytral ölkə statusunun rəsmi elan edilməsi;

–NATO və KTMT-yə bitərəf münasibətin saxlanması;

–Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq istiqamətində fəaliyyət göstərilməsi və Türkdilli dövlətlərlə əməkdaşlığın gücləndirilməsi. Ölkəmizin GUAM təşkilatından çıxması;

–Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə ata-baba torpaqlarına qayıdışının beynəlxalq müstəvidə ədalətli həllinə nail olunması.

Əziz seçicilər,

Seçkiyə gəlin və gələcəyinizə səs verin!

Layiqli həyatınızı FUAD ƏLİYEV ilə qazanın!

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır