ABŞ İranla gərginlik fonunda Körfəzə F-16 qırıcıları göndərəcək
Dünya xəbərləri

ABŞ İranla gərginlik fonunda Körfəzə F-16 qırıcıları göndərəcək

ABŞ Körfəz bölgəsinə F-16 qırıcıları göndərəcək. 

"Respublika" xəbər verir ki, bu barədə “Associated Press" məlumat yayıb.

Bildirilib ki, F-16-lar su yolu ilə hərəkət edən gəmiləri havadan qoruyacaq və İrana qarşı çəkindirici bir vasitə olacaq. 

Qeyd edək ki, bu addım İranın keçən həftə boğaz yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd edərək, onlardan birinə atəş açmasından sonra atılıb.