Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub
Sosial həyat

Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir.

“Respublika” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 19 sakin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təşkil olunan biznes təlimlərinə cəlb edilib və təlimlərdən sonra özünüməşğulluq proqramı üzrə aktivlər verilərək, onlar üçün kiçik təsərrüfatlar yaradılıb.