Ağdamda kütləvi məzarlıq aşkarlanıb
Digər xəbərlər

Ağdamda kütləvi məzarlıq aşkarlanıb

Məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb. 19 iyun “ASAN radio”nun verdiyi məlumatında bildirilir ki, skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.

“Respublika”.