Ağsaqqallar Şurasının birillik fəaliyyətinin yekunu
Digər xəbərlər

Ağsaqqallar Şurasının birillik fəaliyyətinin yekunu

Bu günlərdə Şirvan Şəhər Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirildi. Yığıncağı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açdı. Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov 2021-2022-ci illərdə şəhər Ağsaqqallar Şurasının gördüyü işlər barədə hesabat-məruzəsi ilə çıxış etdi. Natiq şuranın hesabat dövründə gördüyü işlərdən, əldə edilən nailiyyətlərdən danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara, ağbirçəklərə göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdi.

Yığıncaqda çıxış edən şəhər Veteranlar Şurasının sədri Vaqif Qayıbov, Qadınlar Şurasının üzvü Səadət Quliyeva, QHT-lərin Regional Resurs Təlim Mərkəzinin direktoru Əli Mirzəyev, Ağsaqqallar Şurasının hesabat dövründəki fəaliyyətindən bəhs etdilər.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhərdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələrlə aparılan işlərdən, onlara göstərilən diqqət və qayğıdan söz açdı.

Tofiq HÜSEYN,

"Respublika".