AHİK 4200 ailəyə bayram sovqatı göndərib
Sosial həyat

AHİK 4200 ailəyə bayram sovqatı göndərib

Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) qarşıdan gələn Novruz bayramı münasibətilə respublikanın regionlarında yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla yüklənmiş avtomobil karvanı yola salınıb. Bundan başqa, ötən gün Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1200 ailəyə də bayram sovqatı verilib.

Qeyd edək ki, sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə bu kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

AHİK və üzv təşkilatları tərəfindən 2020-ci ildən indiyə kimi yardım göstərdiyi ailələrin sayı 120 mini ötüb.

“Respublika”.