Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir
Region

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir

Respublikamızın hər yerində olduğu kimi, Lerik rayonunda da görkəmli oftalmoloq-alim, xeyirxah insan, gözəl ana Zərifə Əliyevanın 100  illik yubileyi  münasibətilə müxtəlif tədbirlər keçirilib. Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə baş tutan tədbir dahi şəxsiyyət  ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə  də Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının  əziz  xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova çıxış edərək deyib: Azərbaycanın  görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd olunur.  Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti  sayəsində ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Elmi fəaliyyətindən başqa, Zərifə Əliyeva eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur.

 Zəfər ORUCOĞLU,  

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü.