Aprelin 10-da Azərbaycanda COVID-19 infeksiyasına 7 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Aprelin 10-da Azərbaycanda COVID-19 infeksiyasına 7 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 7 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 830 min 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 670 nəfər müalicə olunaraq sağalıb, 10 min 197 nəfər vəfat edib. Aktiv xəstə sayı 500 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 612, indiyə qədər isə ümumilikdə 7 milyon 569 min 59 test icra olunub.                                         

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Aprelin 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 957 min 429, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 408 min 896, ikinci mərhələ üzrə 4 milyon 880 min 206, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 299, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 28-dir.