Aqrar Xidmətlər Agentliyi tərəfindən növbəti monitorinq keçirilib
İQTİSADİYYAT

Aqrar Xidmətlər Agentliyi tərəfindən növbəti monitorinq keçirilib

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən  fiziki və hüquqi şəxslərə məxsus kənd təsərrüfatı texnikalarının texniki baxışının keçirilməsi, dövlət qeydiyyatına alınması və texnikaların istismarına dövlət nəzarətinin daha da yaxşılaşdırılması məqsədilə ilə Sabirabad rayonunda növbəti monitorinq keçirilib. Monitorinq zamanı texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatına alınmayan və sürücülük vəsiqəsi olmadan texnikaları idarə edənlər barədə inzibati protokollar  tərtib olunub. Eyni zamanda texniki baxışdan keçməyən  texnikalar texniki baxışa cəlb olunub, sürücülük vəsiqəsi olmadan texnikanı idarə  edən sürücülər maarifləndirilib.

Qanuna müvafiq olaraq texniki baxışdan keçməyən texnikaların istismarı qadağan olunur. Əks halda texniki baxışdan keçmədən istismar olunacağı təqdirdə İXM-in 340.1 maddəsilə inzibati tədbir görüləcəkdir.

Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinin nəzərinə çatdırır ki, istifadəsində olan texnikaları dövlət qeydiyyatından, texniki baxışdan keçirilməsi, həmçinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədilə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etsinlər.

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları  tərəfindən bölgələrdə maarifləndirmə işləri həyata keçirilməklə monitorinqlər  davam etdirilir.

 

“Respublika”.