Siyasət

"Armeniya" ərazisinin həqiqi sakinləri haqqında

...Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Ötən əsrlərdə Azərbaycan Ermənistan tərəfindən dəfələrlə hücumlara məruz qalıb. Haylar təkcə ərazilərimizə göz dikməyiblər. Tariximizdən tutmuş musiqimizə, mətbəximizə kimi bütün dəyərlərimizə sahib olmağa çalışıblar. Özlərinin yalançı dövlətçilik siyasətini daha da genişləndirmək məqsədilə Azərbaycanın sahib olduğu bütün maddi-mədəni dəyərlərinə tamah salıblar. Əvvəlcə ərazilərimizi - əsasən, İrəvan xanlığını zəbt etdilər. Daha sonra Qarabağ torpaqlarında məskən saldılar. Beləcə, tam yerlərini rahatlayandan sonra özlərini regionun "sahibi" və "Hayastan" nümayəndələri kimi təqdim etdilər.

Qəzetimizin 13 iyun tarixli nömrəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya..." seriyasından olan kitablar barədə geniş məqalə dərc etmişdik.

Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında" kitabında tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı - Zəngəzur qəzası, Göyçə mahalı, Qarabağ torpaqları və digər ərazilərimizin haylar tərəfindən necə işğal edilməsindən söhbət açılır. Eyni zamanda, ermənilərin qondarma tarixlərini və özlərini necə qədim dövlətlərə calaq etmək istəkləri ifşa edilir.

Kitabda ümumilikdə İrəvan xanlığı və ətraf ərazilərin həqiqi sakinləri haqqında çox geniş və müfəssəl məlumat verilir. Tarixi Azərbaycan torpaqlarından zamanla mərhələli şəkildə didərgin salınan, dəfələrlə deportasiya siyasətinə məruz qalan azərbaycanlıların yaşadıqları faciələrdən bəhs edilir. Həmçinin, hayların "Armenian / Erməni" adını çox sonralar mənimsəmələri məsələsinə də toxunulur. Tarixin özündə belə, yerləri yanlış olan ermənilər bütün dövrlərin baş bəlası olub. Bu üzdəniraq millət tarix boyu bütün gəzdikləri coğrafiyalara qarşı ərazi iddiasında olublar. Yeri-yurdu məlum olmayan haylar fürsət düşən kimi özlərini qədim tarixin ən mötəbər zamanlarına da "calamağı" unutmamışlar. Lakin tarixi faktlar, sənədlər, araşdırmalar həqiqətin nədən ibarət olduğunu aydın şəkildə göstərir. Bu mənada, Kamran İmanovun haqqında söz açdığımız kitabı haylara və onların saxta tarixlərinə ən tutarlı cavabdır.

Mövzunun aktuallığını, erməni saxtakarlığını ifşa edən tarixi faktların əhatəliliyini və oxucu marağını nəzərə alaraq kitabdan həmin məqaləni təqdim edirik.

"Respublika".

I. Bu gün erməni tarixşünaslığı və çoxsaylı "elmi" dairələr bizi, ADR-in yaranması ilə əlaqədar yalnız 1918-ci ildə, hətta daha gec, özü də Stalinin hökmü ilə "azərbaycanlı" adlandıq deyə, ittiham edirlər. Bəlkə də bu, bizim millətin "naşılığına" istinad etməyə cəhd göstərən erməni təşviqat sənayesinin ən gündəmdə olan tezisidir. Qəti şəkildə bu hay-erməni tezislərinə qarşı çıxış edirik. Lakin fərz edək ki, hətta bu belədir. Ancaq icazə verin soruşaq, axı bizi nə vaxtsa Azərbaycan (aderbaycan) tatarları və ya Qafqaz türkləri və ya türk-azəri, nəhayət, sadəcə türk və ya müsəlman kimi adlandırıblar və heç olmasa, bu adlar bizim mənşəyimizi, dinimizi, yaşadığımız arealı ifadə edib. Bəs ermənilər? Özlərini "hay" adlandıraraq, onlar başqa etnonimləri və xüsusən də erməni-erməniyyələrin adlarını mənimsəyiblər. Uydurma tarixlərinin səhifələrində gah hay, gah da erməni libasını geyinən, institusional tarixlərini bu və ya digər redaksiyada "Hayların tarixi" və ya "Erməni xalqının tarixi" kimi təqdim edən, ölkə anlayışını coğrafi arealın adı ilə əvəzləyən, yaşadıqları ərazilərin, başqa etnik qrupların adını götürən və ya dəyişdirən hay-ermənilərdən fərqli olaraq, azərbaycanlılar doğma coğrafi arealında, Azərbaycan adlanan ölkədə yaşayırlar, öz tarixini institusional mənbələrdə "Azərbaycan tarixi" kimi təqdim edirlər.

Ermənilərin öz keçmişinə yönəlik davranışı bu və ya digər ərazilərin əzəli sakinləri olan avtoxtonlara yox, sırf alloxton-miqrantlara xas olan bir yanaşmadır. Yalnız başqalarının torpaqlarını özlərinin əzəli ərazisi kimi müəyyənləşdirən, ən azından həmin torpaqlara iddia edən gəlmələr tarixə və müasir zamana bu cür baxmağa məcburdular.

Tarixi nöqteyi-nəzərdən hay-ermənilərin ittiham oxlarına tuş gələn biz azərbaycanlılardan fərqli olaraq, hay-ermənilər digər xalqların tarixini, maddi və qeyri-maddi irsini özününküləşdirir, başqalarından oğurladıqları hər şeyi özlərinə məxsus əqli mülkiyyət kimi dünyaya tanıtmaq və təqdim etmək üçün min cür vasitəyə əl atırlar.

26 aprel 2017-ci il tarixində tərəfimizdən həm də kitabça şəklində nəşr olunan "Qədim mənbələr və klassik mətnlər erməni saxtakarlıqlarını ifşa edir" adlı təqdimatda bir sıra xalqların da yaşadığı "Armeniya" adlı coğrafi arealı "Hayes-Hayastan ölkəsi" adı ilə bilərəkdən qarışdırmasını, həmin xalqların siyasi və etnik tarixlərinin saxtalaşdırılmasını və süni sinonimiya ilə hay-ermənilərlə eyniləşdirilməsini, bununla da qədim diyar olan Armeniya / Ərməniyyənin keçmişinin mənimsənilməsini nəzərdə tutan hay-erməni tarixşünaslığının əsas tezislərini ifşa etməyin vacibliyi xüsusən qeyd edilmişdi.

İndi isə, əvvəlki araşdırmalarda olduğu kimi, klassik mənbələrə və qədim mətnlərə əsaslanaraq, Armeniya / Arminiya termininin yaranmasına, onun semantikasına, tarixi məlumatlara istinadən, bu terminin hansı etnosa mənsub olduğuna, həmin etnosun hansı dildə danışdığına aydınlıq gətirməklə, biz əvvəlcə bu terminin yaranmasının indiki hay-ermənilərə heç bir aidiyyəti olmadığını göstərəcəyik. Daha sonra Armeniya / Arminiya termininin günümüzdəki versiyalarının təfsilatlı izahlarını verməyə çalışacağıq. Hay, Armen və Aram adlı uydurma fantomları İncilin erməni variantına daxil etməklə, tarixi saxtalaşdıran hay-ermənilərin Armeniya termininə dair versiyalarından yan keçəcəyik.

II. "Armeniya / Arminiya" termininin və onun əsasını təşkil edən "Arme / Erme" kökünün araşdırılmasında rastımıza çıxan iki parlaq məqamın şərhindən başlamaq istərdik. Bunlardan biri Ebladakı arxeoloji qazıntılar nəticəsində üzə çıxan və e.ə. 2300-cü ilə aid olan mətnlərin izahıdır, ikincisi isə Strabonun qələmə aldığı və Troya dövründən ən azı üç min il daha erkən zaman kəsiyinə aid olan mifoloji xarakterli süjetlərdən birinin yozmasıdır.

II. 1. Mütəxəssislərin seçmə məqalələrindən ibarət "Qədim Ebla" toplusu Eblanın tarixi-mədəni abidələrinə həsr olunub. Bu qədim şəhər italiyalı arxeoloqlar tərəfindən Suriyada aşkar edilib. Kitab arxeoloji missiyanın rəhbəri Paolo Mattie tərəfindən tərtib edilib və professor İ.Dyakonovun məqaləsi ilə tamamlanır. Aşkar olunan arxeoloji tapıntılar Eblanın çar sarayına və e.ə. III minilliyə aiddir. Arxeoloji qazıntılara qədər bu dövr yazısız hesab olunurdu. Lakin sonradan topluda öz əksini tapan materiallar diqqətləri cəlb etdi, çünki bəzi qədim mətnlərdə "Ebla" adı "Armanum" adı ilə paralel çəkilirdi.

Əvvəlcə, P.Qarellinin "Zameçaniə po toponimike iz arxivov Gblı" məqaləsinə nəzər salaq (Sb. "Drevnəə Gbla", pod obh. red. İ.M.Dğəkonova, M., "Proqress", 1985). Müəllif yazır ki, "tez-tez adı keçən bir çox məlum qeyd olunan adlar mövcuddur ki, onların eyniləşdirilməsi müəyyən çətinliklərlə qarşılaşır". Misal olaraq "Ar-mi"ni şəxs adı kimi qiymətləndirən başqa bir mütəxəssis J.Pettinatonu göstərmək olar. Onun nöqteyi-nəzərinə görə, bu isim "şəhərdir, hansı ki, bəzi hallarda Ebla şəhərini nəzərdə tutur".

Bununla belə, müəllif bu izahı haqlı olaraq tənqid edir və vurğulayır ki, əldə edilmiş arxeoloji lövhələrdə toponimlərin müəyyənedicisi olan "ki"-nin varlığından asılı olmayaraq, "ar-mi" sözünün ilk hecasında ikiqat artma baş verir və bununla da "ar-mi - ar-mi" forması yaranır. Müəllif belə fərz edir ki, bu forma məhz "yr" - "şəhər" ifadəsinin cəm sayının isim formasıdır. Qarelli yazır ki, müəllifin yanaşması düzgün deyil, çünki birincisi, linqvistik cəhətdən "yr" əsasən toponim kimi istifadə edilən "ar-mi" mənasını verə bilməz, ikincisi "ar"-dan sonra cəm sayı "mi"-nin "ar-mi - ar-mi" şəklində ikiqat artan anomal forması gəlir. Bununla da müəllif güman edir ki, "Ar-miki Ar-miki" Armiya şəhərinin sakinlərini ifadə edir, yəni armiyalıları.

Bununla yanaşı, Ar-mi şəhərinin harada yerləşməsi barədə suala birbaşa cavab verilmir. Yalnız aydın olan odur ki, Ar-mi Eblaya yaxındır. Müəllif mətnlərdə Ebla və Armi ("Eblaki wa Ar-miki") adlarının paralel istifadəsini fərqləndirir və bu Naram-Sinin yazılarındakı analoji paralelliyin də izahını zəruri edir: "Ar-ma-namki və Eb-laki" və ya "Ar-ma-nim və Eb-laki".

Sözlərin sonluğunda fərqlərin olduğu üçün sözlərin kökündəki sonluğun uzadılmasını mümkün hesab edərək (Mari qazıntılarındakı mətnlərində olduğu kimi), biz Ar-ma-num adlı şəhərin Hələb bölgəsində yerləşməsi versiyasını nəzərdən keçiririk.

Müəllif digər mütəxəssislərin, o cümlədən C.Pettinatın qədim mətnlərdə rastlaşan "A - duki" adının Xatti ölkəsini ifadə edən Hattu termini ilə eyniləşdirməni irəli sürən nəzəriyyələri ilə razılaşmır və səbəb kimi o dövrlərdə vahid bir Xatti ölkəsinin olmadığını göstərir, belə ki, əsrlər sonra birləşməni Xett çarı Anitta həyata keçirdi.

Lakin biz müəlliflə tam razı deyilik, çünki ehtimal var ki, söhbət Mesopotamiyadan Fələstinə köç edən İncil xattlarından gedir, Suriya isə onların məskəni sayılır - həm xattların formalaşması dövründə, həm də sonrakı xronoloji mərhələlərində. Mətnlərə əsasən, Mari Eblalılara kömək etmiş çar "A -dui"-dan narazı idi və bu, bizim fikrimizcə, mümkündür. Bununla yanaşı, bu iki şəhərin bir-birinə yaxın yerləşməsinə dair fikir də məntiqə uyğundur.

II.2. Adıçəkilən toponimlərin təhlilində İ.Dyakonovun "Znaçenie Gblı dlə istorii i əzıkoznaniə" məqaləsi vacib rol oynayır. İ.Dyakonov yazır ki, Eblaya "yürüş haqqında" Akkadın Aşağı Mesopotamiya sülaləsinin iki çarı məlumat verir: "Qədim Sarqon" (e.ə. 2316-2261-ci illər) və Naram-Sin (e.ə. 2236-2200-ci illər) və görünür, e.ə. 2225-ci ildə Eblanın sonuncu çarı İbbi Zikirin zamanında "Ebla" və "Armanum" tamamilə dağıdıldı və Ebla çarlığını süquta yetirdi. Ebla e.ə. təxminən 2000-ci ildə bərpa olundu, İ.Dyakonovun fikrincə, onun əhalisi dəyişdi və burada amorey qərbi-sami və huri dili yayıldı və Ebla II minilliyin birinci yarısında yenidən dağıdıldı və bir daha bərpa olunmadı. İ.Dyakonov yazır ki, Ebla haqqındakı mətnlərdə söhbət erkən bürünc dövründən, təxminən, e.ə. 2500-2225-ci illərdən gedir, həmin vaxt burada yeni açılmış eblait dilində danışan "fərqli əhali" yaşayırdı.

(davamı növbəti saylarımızda)