Arzu Nağıyev: Azərbaycan heç kimdən asılı olmayan müstəqil daxili və xarici siyasət yürüdür
Siyasət

Arzu Nağıyev: Azərbaycan heç kimdən asılı olmayan müstəqil daxili və xarici siyasət yürüdür

"Cənab Prezident ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxundu. Məhz bir sıra aparıcı ölkələrdən gəlmiş ekspertlərin qarşısında çıxış edən cənab Prezident İlham Əliyev, regionda baş verən hadisələr - Azərbaycan - Ermənistan münasibətləri, sülh müqaviləsinin imzalanması prosesi və digər istiqamətlərdə hərtərəfli müzakirə obyekti olan məsələlərin suallarına cavab verdi". 

Bu sözləri "Respublika"-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Millət vəkili bunun dünyaya mesaj olduğunu diqqətə çatdırıb.

"Yəni bu gün Azərbaycan öz xarici və daxili siyasətini müstəqil aparır və regional məsələlərdə sülhün bərqərar olmasına çalışır. Və bununla da dünyaya töhfə verir. Bir daha qeyd etmək istəyirəm ki, məhz aparılan islahatlar, müharibədə əldə olunan qələbə, bərpa-qurucluq işləri, sülh müqaviləsinin imzalanması üçün atılan addımlar, beynəlxalq səviyyədə aparılan siyasət, bir sözlə bütün bu proseslərin məhz nədən ibarət olduğu bəyan edildi. 

Birmənalı şəkildə Azərbaycan heç kimdən asılı olmayan müstəqil daxili və xarici siyasət yürüdür. Cənab Prezident Ermənistan dövlətinə də başa saldı ki, sülhün bərqərar olması ilk növbədə məhz onlara lazımdır və hər hansı bir uzaqdan gələn dövlətlər regionda sülhün bərqərar olmasına mane olmamalıdır". 

Nurlan Abdalov,

"Respublika".