AVRO-2024: Bu gün seçmə mərhələdə daha yeddi oyun keçiriləcək
İdman

AVRO-2024: Bu gün seçmə mərhələdə daha yeddi oyun keçiriləcək

Bu gün AVRO-2024-ün seçmə mərhələsində V turun daha yeddi oyunu keçiriləcək.

"Respublika" xəbər verir ki, gecənin ilk matçı A qrupunda Gürcüstan və İspaniya milli komandaları arasında baş tutacaq. Bu qrupun digər görüşündə Şotlandiya yığması səfərdə Kiprin qonağı olacaq.

D qrupunda Türkiyə seçməsi doğma meydanda Ermənistanı, Xorvatiya isə Latviyanı sınağa çəkəcək.

J qrupunda isə üç qarşılaşma keçiriləcək. Lider Portuqaliya səfərdə Slovakiya ilə üz-üzə gələcək. Bosniya və Herseqovina Lixtenşteyni, Lüksemburq isə İslandiyanı qəbul edəcək.