Avropa Parlamentinin  əsl siması
Digər xəbərlər

Avropa Parlamentinin  əsl siması

Bu ilin yanvar ayında Avropa Parlamentinin yaydığı qərəzli əsassız anti-Azərbaycan fikirləri onun ermənipərəst mövqeyinin göstəricisidir. Parlament açıqlayıb ki, Azərbaycan tərəfi guya Hayastana hərbi təcavüz göstərib Laçın yolu "blokadaya" salınıb. Təəssüf kiAvropa Parlamenti kimi qurumların bu əsassız çıxışları onların ermənipərəst, qeyri-ciddi mövqeyindən xəbər verir. Əlbəttə, Parlamentin ortaya çıxan rüşvət qalmaqalı da bu təşkilatın əsl üzünü göstərdi. Bu da onu deməyə əsas verir ki, Avropa Parlamentinin parlamentariləri erməni lobbisindən aldıqları pullar müqabilində Azərbaycan əleyhinə danışırlar.

Bu qətnamələrin qəbul olmasında əsas rolu elə ermənilərdən daha çox erməni olan fransız rəsmiləri oynayır. Prezident İlham Əliyev çıxışlarının birində həm 44 günlük müharibə dövrü, həm ondan sonrakı tarixdə Hayastan onun havadarlarının bu hərəkətlərini Azərbaycana qarşı açıq qısqanclıq kimi şərh edib: "İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən - İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə ermənipərəst, rüşvətxor anti-Azərbaycan qruplaşmanın məhsuludur burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa görə bilərlər".

Maraqlısı odur ki, parlament 2017-ci ildə "Üçüncü ölkələrdə korrupsiya insan hüquqları" adlı sənəd hazırlayıb. Sənədə əsasən korrupsiya pislənir, onun insan hüquqlarına çox böyük təhlükə olduğu, həmçinin korrupsiya ilə mübarizənin böyük əhəmiyyət kəsb etdiyi bəyan edilirdi. Bu sənəd Azərbaycana qarşı hazırlanmış növbəti qərəzli bəyanat idi. Görünür, parlament öz əməllərini ört-basdır etmək fikri yayındırmaq üçün bu addımı atmışdı. Lakin Avropa Parlamentinin korrupsiya qalmaqalı nəhayət ki, sözün əsl mənasında gün üzünə çıxdı. Ən əsası isə hadisə dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi tarixdə baş verib. Belçika polisi parlamentdə fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs edib. Sensasiya yaradan əsas məqam isə saxlanılanlar arasında Avropa Parlamentinin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması  idi. Aparılan araşdırmalar nəticəsində məlum olub kiparlament 600 min avro rüşvət aldığı ölkənin xeyrinə müxtəlif iqtisadi siyasi qərarlarla təsir etməyə çalışıb. Deputat saxlanıldıqdan sonra 16 müxtəlif bölgədə araşdırma aparılıb külli miqdarda zinət, dəyərli əşyalar pulla dolu çamadanlar tapılıb. Əlbəttə, bununla da parlamentin korrupsiya məsələsi həll olmur. Çünki buradakı şəbəkələr daha genişdir, tutulanlar isə onun çox az qismini təşkil edir.

Parlamentin tərkibində yüzlərlə erməni onların "dostları" təmsil olunur. Bununla yanaşı, parlamentin üzvü olmayan kənar erməni qüvvələr rüşvət verməkdə fəal iştirak edir. Bunların arasında Belçikada erməni mafiyasının əsas siması Kaspar Karampetyan, erməni əsilli oliqarx Vartan Sirmakes var. Hər ikisi mütəmadi şəkildə Avropa Parlamentinə külli miqdarda rüşvət verib. K.Karampetyan "Ədalət Demokratiya Naminə Ümumavropa Erməni Federasiyası" adlı təşkilatın prezidentidir. Həmçinin, şəxsi biznesini qeyri-leqal bizneslə yanaşı, almaz qaçaqmalçılığından əldə edir. V.Sirmakes isə torpaqlarımız işğal altında olan dövrlərdə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib. Doğma torpaqlarımızın təbii sərvətləri, mədənləri sözün əsl mənasında talanıb. Sirmakes bir çox Avropa təşkilatlarına rüşvət verərək onları ermənipərəst mövqe nümayiş etdirməyə vadar edib. Bunlardan biri "Ermənistanın Avropa Dostları" (EuFoA) təşkilatıdır. Təşkilatın əsas məqsədi Avropanın səlahiyyətli vacib qərarlar qəbul edən şəxsləri ilə Ermənistan qondarma qurum arasında əlaqələr yaratmaqdır.

Əlbəttə, erməni mafiyası oliqarxların verdiyi rüşvətlər nəticəsində Avropa Parlamentinin bəzi deputatları təbii olaraq Azərbaycan əleyhinə qərəzli fəaliyyət göstərirlər. Ölkəmizə qarşı əsassız bəyannamələr, sənədlər qəbul etməklə yanaşı, Ermənistanı qeyd-şərtsiz dəstəkləmələrinin səbəbi bir-bir aydın olmağa başlayır. Lakin unudurlar ki, Azərbaycanın onların dəstəyinə ehtiyacı yoxdur. Bu günə qədər bağlanmış müqavilələr, dəstəklər, strateji tərəfdaşlıqlar hamısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilib. Azərbaycan Hayastan kimi riyakar, rüşvətxor ölkə deyil. Danılmaz faktdır ki, hər hansı bir təşkilat ya dövlət Azərbaycanın gücünə mövqeyinə xələl gətirə bilməz.

Töhfə SƏMƏDOVA,

"Respublika".