Avropada qaz 4,5% ucuzlaşıb
İQTİSADİYYAT

Avropada qaz 4,5% ucuzlaşıb

22 may tarixində keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 320 ABŞ dolları səviyyəsinə enib.

Respublika-news.az xəbər verir ki, 22 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 321,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (337 dollar) ilə müqayisədə 4,5% azdır.

Qeyd edək ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

“Respublika”.