Bu ilin yanvar-may ayları ərzində 228 475 çıxarış verilib
İQTİSADİYYAT

Bu ilin yanvar-may ayları ərzində 228 475 çıxarış verilib

2023-cü ilin ilk 5 ayı ərzində 228 475 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9% çoxdur.

24 iyun ƏMDX-nin məlumatında bildirilir ki, Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. 2023-cü ilin yanvar-may ayları ərzində 228 475 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9% çoxdur. Cari ilin ilk 5 ayı ərzindəki göstəricinin 34 977-si (15,3%) ilkin, 193 498-i (84,7%) isə təkrar qeydiyyatın payına düşür.  

Bu ilin ilk 5 ayında 188 216 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 74,2% çoxdur. 2023-cü ilin yanvar-may ayları ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 33 132 təşkil edib.

“Respublika”.