Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə
Siyasət

Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu əhəmiyyəti böyükdür. Ölkəmiz müstəqilliyinin bərpasından sonra iqtisadi sahədə böyük uğurlar əldə etdi. İstər neft sahəsində, istərsə qeyri-neft sahəsində böyük dövlətlərlə kontraktlar, müqavilələr bağlandı. Azərbaycan "Əsrin müqaviləsi" kimi möhtəşəm, tarixi addımı atdı. Onu da qeyd etmək yerinə düşər ki, 1901-ci ildə dünya neftinin 50 faizini ölkəmiz hasil edib. Bu baxımdan da Azərbaycan bütün dövrlərdə dünyanın diqqət mərkəzində olub. İndi Azərbaycan dövləti dünyada etibarlı tərəfdaş kimi öz sözünü deyir.

Bu gün ölkəmiz mühüm enerji istehsalçısı kimi dünya miqyasında nüfuzunu artırmaqdadır. Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini enerji siyasəti təşkil edir. Ölkə öz daxili enerji təhlükəsizliyini təmin etməklə yanaşı, digər dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bu baxımdan, dövlətimiz zəngin enerji ehtiyatlarını xarici bazarlara çıxarmaq məqsədilə mühüm addımlar atmışdır. Ölkəmizin neft sahəsində böyük dövlətlərə verdiyi ən mühüm töhfələrdən biri İkinci Dünya müharibəsi zamanı olmuşdur. Azərbaycan Sovet İttifaqının neft təchizatının ümumi həcminin 70 faizdən çoxunu təmin edərək faşizm üzərində qələbədə mühüm vacib rol oynamışdır.

Azərbaycan nəhəng dövlətlərin təmsil olunduğu bir çox iri enerji layihələrinə qoşulmuşdur. İndi Azərbaycan Avropanın neft qazla təminatında önəmli yer tutur. Ölkəmiz həm Avropa ölkələri üçün etibarlı tərəfdaşdır. Belə tərəfdaşlıqların ən vacib tərəflərindən biri ondan ibarətdir ki, ölkələr təkcə iqtisadi sahədə əlaqələr qurmur, eyni zamanda bu ölkələri dostluq əlaqələri birləşdirir.

Hələ 1994- ildə Azərbaycan dünyanın nəhəng neft şirkətlərinin cəlb olunduğu "Əsrin müqaviləsi"ni imzalamaqla Xəzər dənizinin resurslarını zəngin təbii ehtiyatlarını beynəlxalq aləmə təqdim etdi. Bu sahədə atılan ilk ən böyük uğurlardan biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. Bu kəmər vasitəsilə Xəzər dənizi ilə Aralıq dənizləri birləşdirildi. Nəticədə, Azərbaycan tranzit ölkə kimi etibarlılığını nümayiş etdirdi.

Son zamanlar dünyada baş verən müharibə münaqişələr fonunda Avropada təbii qaza tələbatın daha çox olduğu bir vaxtda Azərbaycan öz aktuallığını artırır. Dünyanın qaza olan tələbatını ödəyəcək ölkələrdən biri Azərbaycandır. Aparılan məqsədyönlü işlər nəticəsində yaxın gələcəkdə ölkəmiz Avropaya ixrac etdiyi qazın həcminin 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Yəni 2027-ci ilə kimi Avropaya gedən qaz təchizatını 2 dəfə artırmağı planlaşdırır.

Son illər dünyada bərpa olunan enerjidən istifadəyə üstünlük verilir. Sənayenin sürətlə inkişafı ətraf mühitin çirklənməsinə səbəb olduğu üçün çıxış yolu kimi alternativ enerjidən istifadəyə üstünlük verilir. Bu səbəbdən bərpaolunan enerjidən geniş şəkildə istifadə istiqamətində mühüm addımlar atılır. Azərbaycan zəngin neft-qaz ölkəsi olmaqla bərabər, gələcəyin enerji təminatını alternativ mənbələrdə axtarır. Bu baxımdan, ölkəmiz yaşıl enerjinin dünya bazarlarına Avropaya çıxışını planlaşdırır. Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji sahəsində birləşdirmək imkanlarına malikdir. Bu enerjinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan isə Türkiyəyə Avropaya ötürülməsi istiqamətində artıq işlər gedir. "Cəbrayıl" enerji qovşağının yaradılması da bu işin mühüm tərkib hissəsidir. Yaşıl enerji potensialı ilə zəngin Qarabağ bölgəsi Avropa ölkələri üçün həm yeni enerji zonasıdır.

 Ramidə YAQUBQIZI,

"Respublika".