“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmaları altı ayda 275,9 milyon manat təşkil edib
Digər xəbərlər

“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmaları altı ayda 275,9 milyon manat təşkil edib

Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmaları 275,9 milyon manat təşkil edib.

 

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı üçün “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri üzrə 165,0 milyon manat vəsait istifadə olunub.

 

Yanvar-iyun ayları üzrə “Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu”nun, “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun, “Mineral-xammal bazasının bərpası üzrə dövlət Fondu”nun, “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu”nun və “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu”nun daxilolmaları 16,3 milyon manat, xərcləri isə 1,3 milyon manat təşkil edib.