AZAL Fərqanə şəhərinə reyslər açır
Digər xəbərlər

AZAL Fərqanə şəhərinə reyslər açır

"Azərbaycan Hava Yolları" aviaşirkəti Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.

 Aviaşirkət bu şəhərə ilk uçuşunu dekabr ayının 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcəkdir.

 Qeyd edək ki, Azərbaycanın milli avi

adaşıyıcısı AZAL, həmçinin Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə də uçuşlar həyata keçirir.

Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcəkdir.

Azərbaycan və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytından, "Giriş qaydaları" bölməsindən əldə etmək olar.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.