Azərbaycan addım-addım  məqsədlərinə nail olur
Siyasət

Azərbaycan addım-addım  məqsədlərinə nail olur

"Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub". Bu fikri Prezident İlham Əliyev aprelin 18- Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Ölkə başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə, keçən ilin oktyabr ayında Praqa Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Almatı Bəyannaməsi əsasında həll olunmalıdır.

Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21- imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirdi MDB-nin yaradıldığını elan etdi. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

 Almatı Bəyannaməsində deyilir ki, müstəqil dövlətlər Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan respublikaları, Rusiya Federasiyası (RSFSR) Ukrayna münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma hörmət əsasında inkişaf etdirəcək. Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə güc təhdidi, iqtisadi hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələr sülh yolu ilə həllini tapacaq. Bundan başqa, MDB üzvləri insan hüquq azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin beynəlxalq münasibətlərin digər tanınmış prinsip normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcəklər. Sənəddə qeyd edilib ki, tərəflər bir-birinin nüvəsiz ya neytral dövlət statusuna nail olmaq istəyinə hörmətlə yanaşacaqlar. "Müstəqil Dövlətlər Birliyinin yaranması ilə Sovet Sosialist Respublikaları İttifaqının mövcudluğu dayandırılır. Birliyə üzv dövlətlər öz konstitusiya prosedurlarına uyğun olaraq keçmiş SSRİ-nin müqavilə sazişlərindən irəli gələn beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə təminat verirlər. Birliyə üzv dövlətlər bu Bəyannamənin prinsiplərinə ciddi riayət etməyi öhdələrinə götürürlər", - deyə bəyannamənin sonunda qeyd edilib.

Beləliklə, Azərbaycanın sülh təşəbbüsü təkliflərini qəbul etməkdən başqa Ermənistanın digər çıxış yolunun olmadığını artıq bu ölkədə ən yüksək səviyyədə qəbul edirlər. Hər halda, İrəvanda səslənən son fikirlər belə deməyə əsas verir. Azərbaycan tədricən sülh məqsədinə nail olur. Dövlət başçısı vurğulayıb ki, vaxtilə "Qarabağ Ermənistandır nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır nida" sözlərimizi təkrar etməlidir. Çünki əgər "A" deyibsə, "B" deməlidir. Almatı Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Hesab edirəm ki, işin gedişatı bunu göstərir, çünki başqa yol da yoxdur. Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun".

Azərbaycan Prezidentinin bu açıqlamaları fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasının aprelin 18- keçirilmiş növbədənkənar sessiyasında bəyanatla çıxış edib. O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını qeyd edib: "Mən elə indi təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır gözləyir ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla eyni addımı atacaq". Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycan arasında sülh müqaviləsi yalnız o halda reallığa çevrilə bilər ki, hər iki ölkə birmənalı şəkildə biri digərinin ərazi bütövlüyünü tanısın bir-birinə ərazi tələbləri olmayacağına dair öhdəlik götürsün: "Sülh o halda mümkün ola bilər ki, biz özümüzün bütün beynəlxalq münasibətlərimizdə, təkcə bu gün üçün yox, həm gələcək üçün Ermənistan Respublikasının 29.8 min kvadrat kilometrlik ərazisini, daha dəqiq desək, 1991-ci ildə müstəqillik əldə etdiyimiz Ermənistan SSR-in ərazisini tanıyaq heç bir ölkəyə ərazi tələbimizin olmadığını heç vaxt olmayacağını təsdiq edək".

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il mart ayında Bakıda Almatı Bəyannaməsini bir daha xatırladıb. Bildirib ki, Ermənistan Azərbaycan liderləri Praqada sənəd imzalayıblar bu, həmin bəyannamədə qeyd olunub. Beləliklə, Ermənistan Azərbaycanın sərhədləri keçmiş SSRİ-nin inzibati sərhədləri ilə müəyyən edilir. Bu, 2022-ci il oktyabrın 6-da Fransanın iştirakı ilə Praqada Ermənistan Azərbaycan dördtərəfli formatda görüş keçirdikdən sonra Rusiya xarici işlər nazirinin məsələ ilə bağlı ilk çıxışı deyil. Rusiya XİN rəhbərinin qiymətləndirməsindən belə çıxır ki, əgər bəyannamə imzalanıbsa, deməli, İrəvan Qarabağı Azərbaycanın sərhədləri daxilində tanıyıb.

Sülh müqaviləsinin imzalanması bölgədə davamlı sabitliyin təhlükəsizliyin təmin olunması deməkdir ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açır. Prezident İlham Əliyev əminliklə bildirir ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar qoymurlar. Müzəffər Ali Baş Komandan bir daha bəyan edib: "…mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı müharibədən sonra. Lazım olarsa, bir sübut edərik istənilən formada".

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi qurulub, Azərbaycan bayrağı ucaldılıb. Fransanın Avropa xarici işlər nazirini qəbul edərkən bu məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu bildirib.

Bununla da Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin yüklərin hərəkətinə əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana Azərbaycana şəffaf nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Rəsmi Bakının bu qərarı sülh prosesinə töhfə vermiş olacaq.

Mustafa KAMAL,

"Respublika".