Azərbaycan Avstriya və Rusiyada keçiriləcək beynəlxalq turizm sərgilərinə qatılacaq
Digər xəbərlər

Azərbaycan Avstriya və Rusiyada keçiriləcək beynəlxalq turizm sərgilərinə qatılacaq

Azərbaycan martın 14-17-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Fıeren Messe 2024”, martın 19-21-də isə Rusiyanın paytaxtı Moskvada keçiriləcək MITT ("Moscow International Travel & Tourism") beynəlxalq turizm sərgilərində iştirak edəcək.

"Respublika" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, "Fıeren Messe 2024”də ziyarətçilər səyahət məsləhətləri və müxtəlif istirahət variantları, o cümlədən eksklüziv tətillər və növbəti macəralarını planlaşdırmaq üçün fürsətlər əldə edəcəklər. Tədbir “Messe Wien” sərgi mərkəzində təşkil ediləcək.

30-cu dəfə keçiriləcək MITT sərgisi isə MDB məkanının aparıcı beynəlxalq səyahət və turizm sərgisidir, Rusiyadan və digər ölkələrdən olan turizm agentləri və turoperatorları ilə birbaşa qarşılıqlı əlaqə yaratmağa şərait yaradır, iştirakçılara məhsullarını geniş hədəf auditoriyasına çıxarmağa, satışın həcmini və qlobal əhatəsini artırmağa imkan verir.