Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Quba rayonunda vətəndaşlarla görüşüb
Sosial həyat

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Quba rayonunda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov sentyabırın 15-də Quba şəhərində yerləşən 1 nömrəli Quba Regional Su Kanal İdarəsinin inzibati binasında Quba, Qusar və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Nəriman CAVADOV, 

“Respublika”.