AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

Anadolu Agentliyi

Dövlət başçısı İlham Əliyevin yüksək diplomatik fəaliyyəti nəticəsində hər ötən il Azərbaycanın beynəlxalq miqyasda gücü daha da artmaqdadır. Müstəqilliyimizin bərpasından sonra dünya arenasına çıxan ölkəmiz 32 il ərzində bir çox nüfuzlu təşkilatların toplantısına evsahibliyi etməklə yanaşı, sədrlik kimi məsul vəzifəni uğurla icra edir.

Martın 2- paytaxt Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutub. Bu səbəbdən dünya mediasının diqqəti məhz Bakıya yönəlibAnadolu Agentliyi Zirvə görüşü barədə paylaşım edərək bildirib: "Cümə axşamı Bakıda Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Tədbirdə 70-ə yaxın ölkənin nümayəndəsi iştirak edir. O cümlədən 5 dövlət (Bosniya Herseqovina, Türkmənistan, Özbəkistan, İraq Liviya) prezidentlər səviyyəsində, üç ölkə (Kuba, Qabon, Tanzaniya) vitse-prezidentlər səviyyəsində, Əlcəzair Keniya isə parlamentdə baş nazirlər səviyyəsində təmsil olunurBundan əlavə, tədbirdə bir sıra beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Tsaba Körösi, Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri başqaları, o cümlədən nazirlər, nazir müavinləri, səfirlər iştirak edirlər. Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm tədbirə evsahibliyi etməsi rəsmi Bakının həmrəyliyə, birliyə verdiyi önəmin təzahürüdür".

 

"Hürriyyət" qəzeti

Türkiyənin "Hürriyyət" qəzeti Qoşulmama hərəkatı ilə bağlı məlumat dərc edib. Qəzetdə Prezident İlham Əliyevin Fransaya sərt reaksiyası gündəm olub. Ölkə başçımızın beynəlxalq təşkilatların qərarları yerinə yetirilməməsi ilə bağlı narazılığı xüsusi maraq doğurub. Xəbərdə ölkə başçımızın "Biz Fransanı qanlı müstəmləkə cinayətlərinə soyqırımı aktlarına görə üzr istəməyə çağırırıqfikirləri yer alıb. "Biz Fransa hökumətini Qoşulmama Hərəkatının əsas sənədlərində əks olunduğu kimi, Yeni Kaledoniya xalqının onun digər ərazilərindəki xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Biz, həmçinin Fransanı müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, Afrika, Cənub-Şərqi Asiya digər regionlarda, ümumilikdə Qoşulmama Hərəkatına üzv olan ölkələrə qarşı soyqırımı aktlarına görə üzr istəməyə məsuliyyəti qəbul etməyə çağırırıq".

Xatırladaq ki, hazırda Ermənistanla tərəfkeşlik edən Fransanın tarixində qanlı hadisələr  çoxdur. Onlar Afrikanı öz qul bazarlarına məkan olaraq seçmişlər. Bundan başqa, Fransa üçüncü respublika dövründə Afrika ilə yanaşı, Cənubi Şərqi Asiyada da müstəmləkə siyasəti yeritmişdir. Ölkə başçımızın çıxışı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident Fransanın işğalçılıq siyasətini vurğulamaqla sülhə sadiqliyini bir daha nümayiş etdirir.

 

"Uzbekistan Daily"

Özbəkistanın "Uzbekistan Daily" xəbər saytı Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının iclası barədə yazı dərc edib. Xəbərdə deyilir: Azərbaycanın paytaxtında Qoşulmama Hərəkatının Zirvə toplantısının plenar iclası baş tutur. İki gün davam edəcək sammitdə iştirak etmək üçün 158 ölkə beynəlxalq təşkilatın nümayəndə heyətləri Bakıya gəlib. Forumda 60-a yaxın ölkə dövlət hökumət başçıları səviyyəsində təmsil olunur. İlk dəfədir ki, Özbəkistan nümayəndə heyətinə Prezident Şavkat Mirziyoyev rəhbərlik edir. Bu isə Özbəkistan Azərbaycanın tarixi, mədəni mənəvi bağlılığı ilə əlaqəlidir. Bu amilləri nəzərə alan Özbəkistan Respublikası  rəsmi Bakı ilə strateji münasibətlərin qurulmasını həmişə prioritet hesab edir.

Qeyd edək ki, iki ölkə arasındakı əlaqələr uzaq tarixə əsaslanır. Hələ repressiya illərində on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapmışdır.

 

International Energy Agency

Agentlik Azərbaycanın enerji resursları təbii sərvətləri ilə bağlı təhlili yazı yayımlayıb. Məqalədə deyilir: Neft təbii qaz ehtiyatları ilə zəngin olan Azərbaycanın təqribən 1,3 trilyon kubmetr təsdiqlənmiş təbii qaz ehtiyatı var Şahdəniz qaz yatağı dünyanın ən böyük yataqlarından biridirNeft-qaz ehtiyatları ilə yanaşı, elektrik enerjisi potensialı da Azərbaycanın sosial iqtisadi inkişafında aparıcı rol oynayır.  2009-cu ildən bəri enerji istehsalı ötürülməsinə böyük investisiyaların yatırılması enerji təchizatının keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşması ilə nəticələnibElektrik enerjisi istehsalı hazırda daxili tələbatı təmin etməyə imkan verir. Azərbaycan həm dünya ölkələrinə öz təbii sərvətlərini ixrac edir. Bura Rusiya, Türkiyə, İran, Gürcüstan kimi dövlətlər daxildir.

Xəbərdə həmçinin ölkəmizin enerji potensialı, infoqrafikası digər ölkələr arasındakı təbii sərvət ixracatının xronologiyası da paylaşılıb.

 

Daily Times Pakistan

Pakistanın Daily Times xəbər saytı Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakı ilə bağlı məlumat yayımlayıb. Məlumatda dövlətimizin başçısının səsləndirdiyi fikirlər yer alıb. Bundan başqa, Azərbaycanın Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə humanitar yardım göstərməyə davam edəcəyi vurğulanıb. Pakistan xəbər saytı, həmçinin Prezident İlham Əliyevin Afrikanın inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəklədiyini qeyd edib. Məqalədə Azərbaycanın ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı da dərc olunub.

Bu gün Azərbaycan Pakistan arasındakı münasibətlərin əsasında tarixi, mədəni etnik bağlar dayanır. Pakistan, həmçinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi ilk tanıyan dövlətlərdən biridir.

"Respublika".