Azərbaycan ət, süd və yumurta istehsalını artırıb
Sosial həyat

Azərbaycan ət, süd və yumurta istehsalını artırıb

2023-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14 min ton yun, 356,6 ton barama istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən "Respublika" bildirir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1%, süd istehsalı 2,7%, yumurta istehsalı 12%, barama istehsalı 5,1% artıb, yun istehsalı isə 2,8% azalıb.