Azərbaycan gimnastları yenə öz sözlərini deyiblər
İdman

Azərbaycan gimnastları yenə öz sözlərini deyiblər

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Turin şəhərində keçirilən “Turin Acro Cup”da qızıl və gümüş medal qazanıblar.

"Rspublika" xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qızıl medala layiq görülüb.

Bundan əlavə, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu isə beynəlxalq turniri ikinci pillədə bitirərək gümüş medal qazanıblar.