Azərbaycan klubu legioner basketbolçusu ilə yollarını ayırıb
İdman

Azərbaycan klubu legioner basketbolçusu ilə yollarını ayırıb

"NTD-İndiqo" komandası basketbolçusu Brandon Uotkinslə yollarını ayırıb.

"Respublika" xəbər verir ki, Xaçmaz təmsilçisi ABŞ-dan olan oyunçu ilə əməkdaşlığa son qoyub. Legioner basketbolçu ilə müqaviləyə zədə səbəbindən qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "NTD-İndiqo" Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 17 xalla ikinci pillədə qərarlaşıb.