Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini artırdı
İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini artırdı

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə çatdırılıb.

Respublika-news.az xəbər verir ki, bu barədə  AMB-nin yaydığı məlumatda bildirilib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə çatdırılıb.

Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib və bu  qərar 4 may 2023-cü il tarixindən qüvvəyə minir. 

Nəzrin CAVADZADƏ.