Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti
Digər xəbərlər

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti "EDGE" şirkətinin stendi ilə tanış olub

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində BƏƏ-nin "EDGE" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib. Bildirilib ki, sərgi çərçivəsində şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.