“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndə-liklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndə-liklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının diplomatik nümayəndə-liklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 3713 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət nümayən-dələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 1-ci hissədən “və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və” sözləri çıxarılsın;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaş-larına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası” üzrə:

1.2.1. adından və həmin Qaydaya 2 nömrəli əlavənin yuxarı sağ küncündən “və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və” sözləri çıxarılsın;

1.2.2. 1.1-ci bənddən “və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplo-matik xidmət əməkdaşlarına və” və “və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra – diplomatik nümayəndəlik) diplomatik xidmət əməkdaşlarına və” sözləri çıxarılsın;

1.2.3. 1.2-ci, 4.1-ci, 4.4-cü bəndlər və həmin Qaydaya 1 nömrəli əlavə ləğv edilsin;

1.2.4. 1.3-cü bənddən “diplomatik nümayəndəliyin və” sözləri çıxarılsın;

1.2.5. 1.4-cü bənddən “diplomatik nümayəndəliyin rəhbərinin iqamətgahında, nümayəndəliyin binasında, habelə” sözləri çıxarılsın;

1.2.6. 2.1-ci bənddən “diplomatik nümayəndəliklərin əməkdaşları və” sözləri çıxarılsın;

1.2.7. 2.1.2-ci yarımbənddən “, habelə diplomatik nümayəndəliyin rəhbərinin razılığı ilə diplomatik xidmət əməkdaşının mənzilində” sözləri çıxarılsın;

1.2.8. 2.1.6-cı yarımbənddən “diplomatların,” sözü çıxarılsın və həmin yarımbənddə “onların” sözü “onun” sözü ilə əvəz edilsin;

1.2.9. 2.1.7-ci yarımbənddən “diplomatik xidmət əməkdaşına,” sözləri çıxarılsın və həmin yarımbənddə “onların” sözü “onun” sözü ilə əvəz edilsin;

1.2.10. 3.1-ci bənddə “Diplomatik xidmət əməkdaşlarının və ticarət” sözləri “Ticarət” sözü ilə əvəz edilsin və həmin bənddən “diplomatik nümayəndəliyin əməkdaşı və” və “diplomatik nümayəndəliyin mühasi-batlığı, ticarət nümayəndəsinə münasibətdə isə” sözləri çıxarılsın;

1.2.11. 3.2-ci bənddə “Əməkdaş” sözü “Ticarət nümayəndəsi” sözləri ilə əvəz edilsin;

1.2.12. 4.2-ci və 4.3-cü bəndlərdə “Diplomatik xidmət əməkdaşı və ticarət” sözləri “Ticarət” sözü ilə əvəz edilsin;

1.2.13. 5.1-ci bəndin birinci və ikinci cümlələrində “Diplomatik xidmət əməkdaşlarına ticarət” sözləri “Ticarət” sözü ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsindən “diplomatik nümayəndəliyin və ya konsulluğun, habelə” sözləri çıxarılsın;

1.2.14. 5.2-ci bənddə “diplomatik nümayəndəliyin əməkdaşı və aidiyyəti diplomatik nümayəndəliyin rəhbəri, ticarət nümayəndəsinə münasibətdə isə ticarət nümayəndəsinin özü məsuliyyət daşıyırlar” sözləri “ticarət nümayəndəsi məsuliyyət daşıyır” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 5 iyun 2023-cü il

№ 184