Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri gələn həftə görüş keçirəcək
Siyasət

Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri gələn həftə görüş keçirəcək

“Yaranan şərait yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə ümid etməyə şərait yaradır”.

TASS agentliyinin verdiyi məlumata görə, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, burada əsas olan zaman deyil, bütün məsələlərin yekun həllidir.

Peskov qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri gələn həftənin sonunda tərəflər arasındakı məsələlərin müzakirəsi üçün Moskvada görüşəcəklər.

Nəzrin CAVADZADƏ.