“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu
Digər xəbərlər

“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu"

Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyinin təşkilatçılığı ilə "Kür" Olimpiya Tədris İdman Mərkəzində "Azərbaycan Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu" keçirilir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasının Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Forumda gənclərlə yanaşı, hər iki tərəfdən 200-ə yaxın nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının Gənclər İdman nazirinin müavini İndira Hacıyeva, Elm Təhsil nazirinin müavini Firuddin Qurbanov, Rusiya Federasiyasının Elm Ali Təhsil nazirinin müavini Konstantin Moqilyovskiy, Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə Regionlararası mədəniyyət əlaqələri Departamentinin təmsilçisi Pavel Kurnetsov iştirak edib.

Forumda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamlamış, Gənclər paytaxtı seçilən Mingəçevir şəhəri haqqında geniş məlumat vermiş Forumla əlaqədar öz fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, bu gün gənclər siyasəti dövlət siyasətinin mühüm ayrılmaz tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Ölkə Prezidenti cənab İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan vətənpərvər insanlar kimi təqdim edir. Natiq sözünə davam edərək deyib. Azərbaycan Respublikası qonşu ölkələrlə münasibətlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb bu münasibətlərin yüksələn xətlə inkişafına diqqət göstərilib. Azərbaycan-Rusiya münasibətləri bu mənada hər zaman yüksək səviyyədə olması ilə seçilib. Azərbaycan-Rusiya münasibətlərinin dərin kökləri vardır. Bu münasibətlərin yüksək səviyyədə inkişafının nəticəsi olaraq hər iki respublikanın gənclərinin qarşılıqlı təcrübə mübadiləsinin daha da inkişafına nail olmaq üçün Mingəçevir şəhərində belə bir tədbir reallaşıb. Bu tədbirdə məqsəd gənclərlə sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsidir. Bu il Mingəçevir "Gənclər paytaxtı" seçilibdir. Mingəçevir şəhərinin formalaşmasında, inkişafında Ulu Öndər Heydər Əliyevin böyük zəhməti olmuşdur. Ölkənin ən böyük enerji istehsalçısı olan Azərbaycan İES onun dövründə tikilmişdir, şəhərdə böyük sənaye potensialı yaradılmışdır. Bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin şəhərə qayğısı böyükdür. Hazırda şəhər ölkə enerjisinin 40-45 faizini istehsal edir.

Daha sonra Forumda Azərbaycan Respublikasının Gənclər İdman nazirinin müavini İndira Hacıyeva, Rusiya Federasiyasının Elm Ali Təhsil nazirinin müavini Konstantin Moqilyovskiy, Elm Təhsil nazirinin müavini Firuddin Qurbanov, Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə Regionlararası mədəniyyət əlaqələri Departamentinin təmsilçisi Pavel Kuznetsov çıxış edərək, forumun işi ilə Azərbaycan Respublikası Rusiya Federasiyası arasında mövcud olan qarşılıqlı əlaqələrdən əhatəli danışaraq, forumun işinə uğurlar arzulamışlar. Forum öz işini davam etdirir.

Zabit XƏLİLOV,

"Respublika".