Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb
İdman

Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

Federasiyadan “Respublika”ya verilən məlumata görə, həmyerlimiz oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iştirak edəcək.

Kazımova 17-20 avqustda Latviyanın Riqa şəhərində təşkil olunacaq turnirin oyunlarına CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.