Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Səhiyyə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dekabrın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 891, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 304, ikinci mərhələ üzrə 4 milyon 875 min 385, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 667, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 535-dir. 

 

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 409 nəfər müalicə olunaraq sağalıb, 10 min 6 nəfər vəfat edib. Aktiv xəstə sayı 565 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 743, indiyə qədər isə ümumilikdə 7 milyon 421 min 167 test icra olunub.