Artıq alzheimer xəstəliyinin qarşısı alınacaq
Səhiyyə

Artıq alzheimer xəstəliyinin qarşısı alınacaq

ABŞ Qida və Dərman İdarəsi (FDA) Alzheimer xəstəliyinin inkişafını yavaşlatdığı sübut edilən "Leqembi" adlı dərman hazırladıqlarını açıqlayıb. 

"Respublika"nın NTV  saytına istinadən verdiyi məlumata əsasən, FDA-nın Neyrologiya Ofisinin rəhbəri Teresa Buracchi qeyd edib ki, FDA-nın təsdiqi dərmanın Alzheimer xəstələri üçün "təhlükəsiz və effektiv" müalicə olduğunu təsdiqləyir.

Araşdırmalara görə, dərmanın beyindəki amiloid-beta lövhələrini hədəf alaraq, 18 aylıq müalicə ilə xəstəliyin gedişatını 27% yavaşlatdığı nümayiş edilib. Lakin bununla yanaşı, mütəxəssislər qeyd edir ki, ola bilsin dərman sadəcə xəstəliyin ilkin mərhələsində olan şəxslərə təsir edə bilər.

Alzheimer Dərnəyi bildirir ki, təkcə ABŞ-da 65 yaşdan yuxarı 6.7 milyon alzheimer xəstəsi var.

Töhfə SƏMƏDOVA,

"Respublika".