Azərbaycanda yanacaq satışından əldə olunan gəlirlər 5,7 faiz artıb
Gündəm

Azərbaycanda yanacaq satışından əldə olunan gəlirlər 5,7 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 681,7 milyon manat xərclənib.

Dövlət Statistika Komitəsindən "Respublika"ya bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 5,7 faiz artıb.

2023-cü ilin ilk yeddi ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.