Azərbaycanın Müstəqilliyinin Bərpası Günü “Google
Digər xəbərlər

Azərbaycanın Müstəqilliyinin Bərpası Günü “Google"da

Dünyanın aparıcı internet-axtarış saytı olan "Google" oktyabrın 18-də qeyd olunan Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi "dudl" həsr edib.

Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi haqqında məlumatlar olan səhifələri istifadəçilər Google-da Azərbaycan bayrağını əks etdirən "dudl"da keçidlərdə görürlər.

Qeyd edək ki, "Google"ın "dudl"ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. "Dudl"lar qlobal (bütün dünyada, bütün "Google" domenlərində mövcud olanlar) və müəyyən yerli (yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.

Bəybala BƏYBALAYEV,

"Respublika".