“Azərişıq
Digər xəbərlər

“Azərişıq" ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişıq" ASC Kəlbəcərdə çətin relyefə, şaxtalı hava şəraitinə baxmayaraq, fasiləsiz iş görür. Rayon ərazisində hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib və genişmiqyaslı işlər bu gün də aparılır.

Sovet dövründə belə, elektrik enerjisinin olmadığı ucqar ərazilərdə müasir elektrik şəbəkələri qurulur. Kəlbəcər rayonunun Alagöllər və digər əraziləri ilk dəfə "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir.

İşlər çərçivəsində 23 kilometrdən artıq 35 kV-luq "İstisu-Alagöllər" birdövrəli kabel xətti çəkilib.

12 kilometrdən çox 35 kV-luq "Çaykənd-Zod" kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 kilometrdən artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir.

"Respublika".