“Azərkosmos” COP28-də Azərbaycana məxsus milli pavilyonda panel müzakirəsi ilə çıxış edib
Digər xəbərlər

“Azərkosmos” COP28-də Azərbaycana məxsus milli pavilyonda panel müzakirəsi ilə çıxış edib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı”nın 28-ci sessiyasında (COP28) Azərbaycana məxsus milli pavilyonda iştirak edib.

"Respublika" “Azərkosmos”un məlumatına istinadla xəbər verir ki, “Azərkosmos”un əməkdaşları ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə kosmik monitorinq fəaliyyətinin roluna həsr olunmuş panel müzakirəsi ilə çıxış edib. Sessiyada coğrafi informasiya sahəsi üzrə fəaliyyət göstərən qurumlar – ABŞ-ın “ESRI”, BƏƏ-nin “Bayanat" və Birləşmiş Krallığın “Geospatial Insight” şirkətlərinin rəhbər nümayəndələri də iştirak edib, iqlim dəyişikliyinin yaratdığı problemlərin həllində kosmik məlumatların istifadəsi, strategiyaları və bu sahə üzrə beynəlxalq əməkdaşlığın rolu haqqında öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, dünyanın 200-ə yaxın ölkəsindən 97 000-dən çox nümayəndə “COP28” tədbirində iştirak edir. Tədbirin əsas gündəliyində iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərin azaldılması və iqlimin möhkəmləndirilməsi kimi mövzular əsas yer alır.