BAKIDA, ŞAMAXIDA VƏ QUBADA 198-Cİ İL MART-APREL SOYQIRIMI
Tarix

BAKIDA, ŞAMAXIDA VƏ QUBADA 198-Cİ İL MART-APREL SOYQIRIMI

1918-ci il mart-aprel soyqırımı xalqımıza qarşı erməni təcavüzünün və erməni cinayətinin qanlı səhifələridir. Bu soyqırımı nəticəsində on minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, dədə-baba ocaqlarından, yurdlarından, doğma torpaqlarından qovulmuş, yüzlərlə maddi-mədəni abidələrimiz vəhşicəsinə dağıdılmış və məhv edilmişdir. Ermənilər 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın digər bölgələrində on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə amansızlıqla məhv etmiş, evlərə və tarixi abidələrə od vurmuş, insanları diri-diri yandırmış, hamilə qadınların qarnını yırtaraq körpə və südəmər uşaqların başını süngüyə keçirmiş, xəstələrə, qocalara aman verməmişlər. Vəhşiləşmiş erməni cəlladları Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Lənkəranda soyqırımını xüsusi qəddarlıqla törətmişlər.

Əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən şeytan əməlli, fitnəkar və araqarışdıran erməni millətçiləri monoetnik və "türksüz Ermənistan" uğrunda gizli və bəzən leqal müharibələr aparmış, "dənizdən-dənizə" böyük imperiya yaratmaq üçün türk-Azərbaycan xalqlarına qarşı soyqırımı siyasəti yeritmişlər. Hiyləgər və riyakar ermənilər tarix boyu ən alçaq, rəzil mübarizə formalarından məharətlə istifadə edərək, bədnam, yalançı niyyətlərini reallaşdırmağa cəhd etmiş, bu torpaqlara "qonaq" kimi gəlib, sonradan onun "sahibi" kimi yalanlar uydurmağa başlamışlar. Xüsusilə, XIX-XX yüzilliklərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətdə Heydər Əliyev demişdir: "Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən genişmiqyaslı qanlı aksiyaları ürəkağrısı ilə yad edirik".

Heydər Əliyevin soyqırımı ilə bağlı imzaladığı fərmanda deyildiyi kimi, ermənilər öz Daşnaksütyun siyasətini davam etdirərək Cənubi Qafqazda Türkiyənin, Cənubi Azərbaycanın, Azərbaycan Respublikasının, Dağıstanın və Rostova qədər Rusiya torpaqlarının işğalı hesabına "böyük Ermənistan" dövləti yaratmağa cəhdlər göstərirdilər. Bu siyasəti qatı daşnak və türk dünyasının cəlladı olan Stepan Şaumyan həyata keçirməyi planlaşdırırdı. O, tarixdə olmayan "velikaya Armeniya" dövlətini yaratmağı gizli şəkildə Bakını və Yevlaxa qədər olan Azərbaycan torpaqlarını erməniləşdirməyə çalışırdı. Bu məqsədlə cəllad Şaumyan hətta Lenini də aldadaraq fövqəladə komissar titulunu qazana bilmişdi. O, 1918-ci ilin yanvarından etibarən güclü erməni hərbi qüvvələri yaratmağa başladı. Onun planı məhz "böyük Ermənistan" dövləti yaratmaq idi. Əslində bir tarixçi kimi onu deyə bilərəm ki, nə antik tarix dövründə, nə də başqa zamanlarda "velikaya Armeniya" deyilən bir dövlət olmamışdır. Sadəcə olaraq, Şaumyan Tiqranın dövründə olmayan "böyük Ermənistan" yaratmağa cəhd edir və açıq şəkildə Bakını erməniləşdirmək siyasəti aparırdı. Hətta tarixi məlumatlara görə, Şaumyana tabe olan 19 min nəfərə qədər hərbi qüvvə toplaya bilmişdi və onların əksəriyyəti daşnak ermənilərdən ibarət idi. Lakin Bakı əhalisinin həm bundan xəbəri yox idi, həm də silahsız idilər.

Ancaq çox təəssüflər olsun ki, erməni millətçiləri ağına-bozuna baxmadan tarixi saxtalaşdırır, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Dağıstana qarşı əsassız ərazi iddiaları irəli sürür və beləliklə, "böyük Ermənistan" yaratmaq üçün müxtəlif yalanlar uydurur, bəzən də ayrı-ayrı ölkələrdə dövlət və hökumət rəhbərlərini öz yalanlarına inandıra bilirdilər". Çünki ikiüzlü və riyakar, paxıl və vəfasız, oğru, saxtakarlığı işə keçirməyə çalışan ermənilər hər cür bəhanə tapıb bağırmağa bir candırlar (akademik V.L.Veliçko). Zaman-zaman türklərə və azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədən erməni başkəsənlər özlərinin yalançı tezisləri ilə dünyanı aldadır və əslində tarixi saxtalaşdırırlar. Lakin erməni millətçiləri nəhayət anlamalı və başa düşməlidirlər ki, bəşər tarixində ən real və düzgün qərarı zaman özü verir. Çünki tarix susan deyil, o, nə vaxtsa həqiqətləri üzə çıxaracaq və kimin yalançı, kimin doğru olduğunu faktlarla sübut edəcək. Hər tarixin öz zamanı, hər zamanın öz tarixi vardır. Bəli, artıq həmin zaman gəlib çatmış, tarixi həqiqətlər arxivlərin və mənbələrin dili ilə üzə çıxmışdır. Erməni daşnakları özlərinin lideri və türk dünyasının qatı düşməni olan S.Şaumyanın fitvası ilə 1918-ci ilin martında təkcə Bakı şəhərində və şəhərətrafı kəndlərdə 30 min azərbaycanlını qətlə yetirdilər. Bu, əsl soyqırımı idi.

Mart qırğını XX əsr Azərbaycan tarixinin ən ağır və dəhşətli səhifələrindən biri, xalqımıza qarşı törədilən qanlı faciə və soyqırımıdır. Azərbaycanda və xaricdə bu faciə ilə bağlı xeyli tədqiqatlar aparılmışdır. Çox təəssüf ki, bu dəhşətli hadisə sovet tarixçiləri tərəfindən saxtalaşdırıldığından, uzun müddət xalqa yanlış şəkildə təqdim olunmuşdur. Hətta hadisələrin cərəyan etdiyi dövrdə belə "Naş qolos" qəzetindən başqa, Azərbaycanın bütün bolşevikyönümlü mətbuatı mart qırğınını "vətəndaş müharibəsi" adlandırmışdı. "Naş qolos" qəzeti bu hadisəyə milli ədavət kimi qiymət vermişdi. Bakıda və Azərbaycanın digər bölgələrində baş verən 1918- ci ilin mart-aprel hadisələrini əsas tutan Amerika tarixçisi R.Syuni "Bakı Kommunası" (1917-1918-ci illər). "Rus inqilabında sinif və millət" adlı monumental tədqiqatında bildirib ki, Zaqafqaziyada, xüsusilə Bakıda inqilabi mübarizə sinfi mahiyyət daşımamış, millətlərarası müharibə zəminində baş vermişdir.

Son illərdə Azərbaycan tarixçilərinin tədqiqatlarında bu faciənin mahiyyətinin işıqlandırılması istiqamətində ciddi tədqiqatlar aparılmış, fundamental kitablar yazılmışdır. Azərbaycan milli hərəkatının inkişafına böyük təsir göstərmiş mart hadisələrini Zaqafqaziyada cərəyan edən hadisələrdən təcrid olunmuş halda qiymətləndirmək olmaz.

"Müsavat"ın xalq arasında artan nüfuzundan qorxuya düşən erməni milli partiyaları və bolşevik cildinə girmiş ermənilər Bakıda hakimiyyət məsələsini tam həll etmək, Azərbaycan xalqının milli ruhunu öldürmək məqsədilə erməni-türk qırğını törətmək üçün iyrənc üsula əl atmaqdan çəkinmədilər. Həmin dövrün siyasi ab-havasını araşdıran "Daşnaksütyun" partiyasının lideri Ovanes Kaçazuni qeyd edirdi ki, "bolşeviklərə yalnız iki partiya real qüvvə çıxara bilərdi: "Müsavat" və "Daşnaksütyun" partiyaları. "Daşnaksütyun" belə hesab edirdi ki, "Müsavat"la onun dostluğu bolşevik təhlükəsi olduqda lazımdır. Bakıda bizim köməyimizlə bolşeviklər "Müsavat"ı darmadağın etdilər".

Oktyabr hadisələrindən sonra Qafqazın sovetləşdirilməsi problemi Rusiya bolşeviklərinin qarşısında duran aktual məsələlərdən idi. 1917-ci il dekabr ayının 16-da Petroqrad Xalq Komissarları Soveti öz iclasını "Qafqazda vəziyyət haqqında" məsələyə həsr etmiş və Bakı Sovetinin sədri S.Şaumyan "Qafqaz və Qərbi Ermənistan üzrə fövqəladə komissar" təyin olunmuşdu. Bunun ardınca Bakı Soveti rəhbərliyi şəhərdə qızıl ordu hissələri adı ilə erməni qoşun birləşmələrini yaratmağa başladılar. Bu iş erməni siyasi və hərbçilərinin nəzarəti altında icra olunurdu. Daşnak Z.Avetisyan qızıl ordunun qərargah rəisi, Hamazasp üçüncü briqadanın komandiri, polkovnik Qazarov isə korpus komandiri vəzifələrini icra edirdilər.

Tarixi fakt və sənədlərin araşdırılması mart qırğınının qabaqcadan düşünülmüş, planlı surətdə hazırlanmış və həyata keçirilmiş bir soyqırımı olduğunu sübut edir. Qanlı hadisənin başlanmasından bir qədər əvvəl Bakı Sovetinin iclaslarında və digər yığıncaqlarında S.Şaumyan M.Ə.Rəsulzadə və A.Kazımzadəni təhlükəli şəxslər kimi qiymətləndirir, onlara məxsus silahlı qüvvələrin Türkiyə sultanına arxalandığı fikrini təbliğ edirdi.

1918-ci il mart ayının 15-də cəllad Şaumyan Bakı Sovetinin iclasında çəkinmədən: "Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir", - deyə bəyan etmişdi. Bir gün əvvəl, mart ayının 14-də S.Şaumyanın əmri ilə Şamaxı şəhərinə, Salyan, Hacıqabul, Muğan və Lənkəran bölgələrinə silahlı bolşevik dəstələri yeridildi. Toqquşmanı başlamaq üçün bəhanə bu ərəfədə H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 nəfər hərbçinin gəlişi oldu. Dəfndən sonra zabitlər həmin gəmi ilə geri qayıtmalı idilər. Erməni daşnakları fitnəkarlıqla əsgər və matroslar, eser və menşevik partiyaları, rus milli şurası arasında şayiə yayırdılar ki, "Evelina"dakı zabitlər guya Muğandakı Molakan kəndlərini dağıtmaq üçün xüsusi göstəriş alıblar. Cəllad Şaumyan 1918-ci ilin martında Azərbaycan milli ziyalılarına utanmadan demişdir ki, "Sizə Azərbaycanın müstəqilliyi əvəzinə, məzarlıq verəcəyəm". Əlbəttə, bu, düşmən fikri idi… Bakı qırğınlarının sayı-hesabı yox idi. Bəlkə də erməni quldurları Bakı qırğınlarını 3 gün yox, ola bilsin ki, 15-20 gün davam etdirəcəkdilər. Ancaq erməni təbliğatının yalan olduğunu bilən rus ziyalıları, rus hərbçiləri və 36-cı Türküstan polkunun komandiri Şaumyana ultimatum verdi ki, Bakı qırğını dərhal dayandırılsın. Əks halda erməni məhəllələrini bombalayacağıq. Bu ultimatumdan qorxan hiyləgər Şaumyan dərhal Bakı qırğınlarının dayandırılması haqqında göstəriş verdi.

Erməni daşnaklarının rəhbərliyi və iştirakı ilə şəhərin müxtəlif yerlərində Azərbaycan türklərinin əleyhinə mitinq və yığıncaqlar keçirildi. Bunun nəticəsində Bakının bütün qeyri-türk siyasi birlikləri və hərbi qüvvələri "Evelina"nın tərk-silah edilməsi tələbini irəli sürdülər. Mürəkkəb siyasi şərait yarandı. Daşnakların zəhərli təbliğatı "öz işini" görmüşdü.

Mart ayının 30-da ilk döyüşlər başlandı. Döyüşlərə rəhbərlik üçün S.Şaumyan, Q.Korqanov, İ.Suxartsev, S.Saakyan və M.Yolçiyan daxil olmaqla Bakı Soveti anında İnqilabı Müdafiə Komitəsi yaradıldı. Belə bir komitənin yaradılması hər şeyin qabaqcadan düşünülmüş qırğın planından xəbər verirdi. Ona görə ki, onun yaradılmasına qətiyyən ehtiyac yox idi.

Aparılmış tədqiqatlardan aydın olur ki, türk xalqlarının qatı düşməni olan daşnak Şaumyanın göstərişi ilə Bakı Sovetinin sərəncamında olan hərbi qüvvələr, Xəzər dənizi Hərbi Donanmasının gəmiləri və təyyarələri döyüşə hazır vəziyyətə gətirilmişdi. Hətta rus əsgər və matrosları arasında da belə bir yalan təbliğat aparılmışdı ki, guya müsəlmanlar rus əhalisini öldürürlər. Ermənilərin bu yalanı baş tutsa da, ancaq sonradan onun böhtan və təxribat olduğunu bilən rus matrosları atəşi dayandırdılar. Lakin erməni silahlı dəstələri Bakı şəhərinin müxtəlif məhəllələrində dinc müsəlmanların qırğınını davam etdirirdilər.

Həmin gün saat 5-də açılan ilk atəş Azərbaycan türklərinin üzləşdiyi soyqırımının başlanğıcı oldu. Azərbaycan ziyalıları bu faciənin qarşısını almaq üçün əllərindən gələni edirdilər. S.Şaumyanla bolşevik sıralarında fəaliyyət göstərən N.Nərimanovun bu sahədəki xidmətləri təqdirəlayiqdir. Bunu 1918-ci il aprel ayının 1-də "Hümmət" qəzetində çap olunmuş "Qanlı faciədən dörd saat qabaq" adlı redaksiya məqaləsi də təsdiq edir.

M.Ə.Rəsulzadə martın 30-da İnqilabi Müdafiə Komitəsində Bakı Soveti rəhbərləri ilə keçirdiyi görüşdə alınmış silahların "Hümmət" təşkilatı vasitəsilə qaytarılması istiqamətində razılığa nail olsa da, daşnak-bolşevik hökuməti öz sözlərinə əməl etmədi. Çünki onlar "Hümmət"ə inanmır, N.Nərimanovun isə "sağ təmayülçü"lüyündən narazı idilər.

Həmin dövrün canlı şahidi və fəal iştirakçısı, erməni bolşeviki H.Əsiryans qeyd edirdi ki, "1918-ci ilin fevralında T.Əmirov bizi yığıb bildirdi ki, S.Şaumyan və A.Caparidzenin tapşırıqlarını yerinə yetirməliyik. S.Şaumyan əvvəlcədən bizə xəbər vermişdi ki, gecə saat 1-də siqnal olacaq, bu xəbərdaredici siqnaldan sonra biz hücum edib "Müsavat"ın qərargahını tutmalı idik və belə də oldu".

Ermənilərin kütləvi qırğınına məruz qalan türk-müsəlman əhalisi martın 31-də müqavimət göstərməyi dayandırdı. Həmin gün cürbəcür bəhanələrlə danışıqların müsbət nəticələnməsinə mane olan İnqilabi Müdafiə Komitəsi istədiyinə nail olduqdan sonra ultimatum verdi. Ultimatumda İnqilabi Müdafiə Komitəsinin tələblərinin gündüz saat 3-ə kimi yerinə yetirilməyəcəyi təqdirdə müharibəni davam etdirəcəkləri qeyd olunurdu.

İnqilabi Müdafiə Komitəsi döyüşlərin dayandırılması barədə göstəriş versə də, o, yalnız kağız üzərində qaldı. Erməni birləşmələri müqavimət göstərməyə qabil olmayan türk-müsəlman əhalisinə divan tutmağa başladı. Şəhərin Məhəmmədli və Zibillidərə məhəllələrinin əhalisi demək olar ki, son nəfərinə qədər qılıncdan keçirildi. Ermənilər azərbaycanlılara məxsus bütün evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını dağıtdılar. "Kaspi" mətbəəsi, "Açıq söz" qəzeti redaksiyası, "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin yerləşdiyi "İsmailiyyə" binası vəhşicəsinə yandırıldı.

"Təzəpir" məscidinin minarələri mərmilərlə dəlik-deşik edilmişdi. Bəzi yerlərdə döyüşən əsgərlərə erməni ziyalılarının rəhbərlik etməsi faciənin milli zəmin üzərində qurulduğunu qəti sübut edirdi.

Bakıda törədilmiş qırğınlara şəxsən Şaumyan özü rəhbərlik edirdi. Bolşevik cildinə girmiş bu başkəsən erməni yaranmış fürsətdən istifadə edərək silahlı erməni yaraqlılarına bütün müsəlmanları kütləvi şəkildə öldürməyə göstəriş verirdi. Silahlı ermənilər və yaxşı təlim görmüş daşnak-bolşevik qüvvələri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, üç-dörd günlük çocuqları süngülərə keçirirdilər. Şəhərin bu hissəsində az adam canını qurtara bilmişdi. Sonralar təkcə bir yerdən qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, təhqir edilmiş 57 müsəlman qadın meyiti tapılmışdır. Erməni vəhşiləri qətllər zamanı heç kimə rəhm etmir, uşaqlara, ahıllara, xəstələrə belə aman vermirdilər. Müsəlman meyitlərinin yandırılması və iyrənc formalara salınması barədə Fövqəladə Təhqiqat Komissiyasının materiallarında və digər sənədlərdə çoxlu faktlar vardır. Komissiyanın materiallarında qeyd edilir ki, erməni silahlı dəstələri Bakının bir çox küçələrində bu cür amansız vəhşiliklər törətmişlər.

Hadisələrin canlı şahidi olan görkəmli siyasi və ictimai xadim S.C.Pişəvəri yazırdı ki, 1918-ci il martın 30-31 və aprelin 1-də gecəli-gündüzlü qırğınlarda çoxlu müsəlman öldürüldü. Ölənlərin sayı 10 mindən artıq idi. Pişəvəri yazırdı ki, türk qadınlarını saç-saça bağlayaraq çılpaq halda küçələrdə gəzdirdikdən sonra açıq şəkildə onlarla təhqiramiz hərəkətlər edirdilər. Mən (yəni S.C.Pişəvəri) 1918-ci ildə ermənilərin vəhşiliklərini, meyitlərin yandırılmasını öz gözümlə gördüm. Bu, çox faciəli və nifrətedici bir hərəkət olmuşdur.

Erməni vəhşiliklərini amansız şəkildə pisləyən M.Ə.Rəsulzadə yazırdı: "Mart qırğınları zamanı ermənilər Bakıda minlərcə müsəlmanı, qadını, cocuğu öldürdü... ermənilər müsəlman məhəllələrinə soxulur, adamların başına od yağdırırdılar... Ermənilər hər bir şeyi və hamını qılıncdan keçirir, südəmər cocuqları süngü ucuna taxır, müsəlman qadınları çılpaq soyundurur, qadın və cocuqların ürək parçalayan iniltilərinə və ümidsiz nalələrinə heç bir məhəl qoymur, özlərini qalib erməni ordusu kimi aparırdılar".

Üzeyir Hacıbəyov yazırdı: "Başımıza mart fəlakəti gətirib, Bakını xərabəzarə döndərdilər".

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Komissiyanın materiallarında qeyd edildiyi kimi, mart qırğınları zamanı ruslar, yəhudilər və gürcülər mümkün qədər azərbaycanlını xilas etmişlər. Ermənilər azərbaycanlılara qarşı qırğını yalnız ermənilərə qəti ultimatum vermiş 36-cı Türküstan polkunun tələblərinə görə dayandırmışlar.

Şamaxı

Erməni cəlladlarının vəhşilikləri onların yalnız Bakıda törətdikləri qanlı faciə ilə bitmədi. S.Şaumyanın əmri ilə qatı daşnak T.Amirov və türklərin qanına susamış S.Lalayanın başçılığı ilə erməni daşnak-bolşevik ordusu iki min nəfərlik qüvvə ilə guya əks-inqilabçılara qarşı mübarizə aparmaq üçün Şamaxıya hücum etdilər.

Martın 18-də sübh çağı Şamaxı ətrafında top atəşləri eşidilməyə başladı. Aydın oldu ki, gecə ikən şəhər ermənilər, şimal-şərqdən isə molakanlar tərəfindən mühasirəyə alınmışdır. Müsəlmanlar əvvəlcə müdafiə olunmaq istəyirdilər, lakin topların qarşısında dayana bilmədiklərinə görə geri çəkilməyə məcbur oldular. Axşama yaxın ermənilər şəhərin ən varlı hissəsi "Pirvan-Şirvan"a daxil olmuşlar. Evlər yandırılır, yanan evlərdən çıxan kişilər, qadınlar, uşaqlar güllələnirdi. Gecə müsəlmanlar təslim olmaları barəsində ermənilərə müraciət etsələr də, atəş dayandırılmadı. Bu vəhşiliklər bir neçə gün - Gəncədən müsəlman qoşunları Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər davam etmişdi.

Şamaxı əhalisinə qanlı divan tutan ermənilər şəhərdə və kəndlərdə 16 mindən artıq günahsız azərbaycanlını öldürmüşlər. Şamaxı qəzasının 72 kəndi daşnak-bolşevik hərbi birləşmələri tərəfindən dağıdılıb yandırılmışdı. Şamaxının sağ qalan azərbaycanlı əhalisi baş götürüb qaçmağa başlamışdır.

Erməni quldurlarının 1918-ci ilin mart-aprel aylarında törətdikləri qırğınlar barədə Azərbaycan Cümhuriyyəti hökumətinin Fövqəladə Təhqiqat Komissiyasının 925 səhifədən ibarət təhqiqat materialları toplanmışdır. Arxivdə saxlanan həmin sənədlərdə ermənilərin törətdikləri vəhşiliklər və ağlasığmaz cinayət əməlləri haqqında çoxlu faktlar vardır. Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun məruzəsində erməni vandalizminin cinayətkarlıqları barədə çoxlu faktlar göstərilir. Ermənilər evlərə soxulur, qiymətli əşyaları zorla qarət edir, sonra evləri qəddarlıqda yandırır, adamları küçələrə yığır, güllələyir, hamilə qadınların yırtılmış qarınlarından uşaqları çıxarıb süngüyə taxır, uşaqları diri-diri yerə mıxlayırdılar. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam etmişdir.

Quba

May ayının 1-də quldur daşnak zabiti Hamazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstə Qubanı mühasirəyə alaraq, şəhəri toplardan və pulemyotlardan atəşə tutdular.

Hamazaspın "cəza dəstəsi"ni Qubaya şəxsən Şaumyan göndərmiş və bu barədə o, digər komissarlarla məsləhət etməmişdir. Bu dəstəni təşkil edən isə hərbi komissar erməni Qriqori Korqanov olmuşdur. Q.Korqanov S.Şaumyanın təklifi ilə Hamazaspın dəstəsinə yalnız "Daşnaksütyun" partiyasının üzvü olan əsgərləri (iki min nəfər) daxil etmiş və ona qatı millətçi Venuntsu dəstə komissarı, Nikolay adlı hərbçini isə köməkçi təyin etmişdir.

Hamazasp Qubanı işğal etdikdən sonra şəhər camaatına hədə-qorxu məzmunlu müraciətində onun dəstəsinin bu yerlərə hansı məqsədlə göndərildiyi açıq şəkildə ifadə olunmuşdu. O vaxt Hamazasp demişdi: "Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya - Qubaya xüsusi cəza dəstəsilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin heyifini sizdən alım. Mən buraya qayda-qanun yaratmaq, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə-yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarımızın intiqamını almaq tapşırılıb".

Hamazaspın quldur dəstəsi istər Qubaya gələrkən yolboyu, istər şəhərə girərkən, istərsə də mahalın digər ərazilərində vəhşilik etmişlər. Ermənilər qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə yetirirdilər. Qubada bir-bir evlərə girib bəzən bütün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayi Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsini, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanım və oğlu Əbdul Qasımı diri-diri oda ataraq yandırmış, Kərbalayi Abuzər Məstan oğlunu və iki qızı - Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışlar.

Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər ən alçaq və rəzil hərəkətlərə də əl atmaqdan belə çəkinməmişlər. Hamazaspın cəza dəstəsi Quba qəzasının 162 kəndini yandırdılar, 4 mindən çox azərbaycanlını, 12 mindən çox müsəlman ləzgini öldürdülər.

Erməni silahlı quldur dəstələri öz qəddarlığı ilə seçilən qatı cinayətkar Hamazaspın göstərişi ilə Quba qəzasında görünməmiş vəhşiliklər törətmiş, müsəlman əhalini 4-7 metr dərinliyində olan quyular qazdırmış və adamları diri-diri həmin quyulara dolduraraq başlarına daş tökərək öldürmüşlər. 1918-ci ildə Quba qəzasında törədilmiş cinayətlər barədə konkret və real faktlara malik olan Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin 2010-cu il aprelin 22-də elan etdiyi məlumatda deyilir ki, 1918-ci il mayın 1-də səhər vaxtı Hamazaspın rəhbərlik etdiyi cəza dəstələri Quba şəhərini mühasirəyə alaraq, top, pulemyot və digər atıcı silahlardan atəşə tutduqdan sonra müqavimətsiz şəhərə daxil olmuş, müsəlmanlara qarşı hər cür zorakı hərəkətlərə yol vermişdir.

Həmin hadisələr zamanı Quba şəhərində kütləvi qırğın törədilərək, 2000 nəfərdən artıq müsəlman kişi, qadın və uşaq qətlə yetirilmiş, 100-ə yaxın qız və qadın zorlanmış, 105 yaşayış evi yandırılmışdır.

Erməni cəza dəstələri heç kimə rəhm etmədən hamını ucdantutma öldürmüşlər. Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatında tarixi həqiqətə uyğun olaraq belə bir doğru fakt da göstərilir ki, 1918-ci ilin mart və aprel aylarında erməni qatilləri tərəfindən 104 nəfər dağ yəhudisi, o cümlədən Qırmızı qəsəbə sakinləri olan 18 nəfər yəhudi öldürülmüşdür.

Erməni quldurları Hacıqabul, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da dəhşətli faciələr törətmişlər. Bakı quberniyasında azərbaycanlıların soyqırımı 1918-ci il sentyabr ayının ortalarınadək, yəni Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edildiyi dövrə qədər davam etmişdi. Erməni millətçilərinin törətdikləri türk-müsəlman soyqırımı zamanı 60 mindən çox azərbaycanlı öldürülmüş, on minlərlə dinc əhali öz doğma yurdlarından didərgin düşmüşdü.

Erməni cəlladları bütün Cənubi Qafqaz ərazisində, azərbaycanlılar yaşayan bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə dinc müsəlmanı qətlə yetirmişlər. Faktlara müraciət edək: Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzur qəzasında 115, Qarabağda 150, Quba qəzasında 162, Şamaxı qəzasında 86, Vedibasar mahalında 118, Zəngibasar mahalında 48, Dərələyəzdə 74, Şərurda 4 kənd dağıdılmış və yandırılmışdı.

1918-ci ilin mart qırğını Azərbaycanın türk-müsəlman əhalisi üçün faciə ilə nəticələnsə də, bu qanlı hadisə milli hərəkatı boğa bilmədi, əksinə onun inkişafında mühüm mərhələ oldu. Daşnak-bolşevik siyasi rəhbərləri törətdikləri qanlı faciələrə baxmayaraq, öz istədiklərinə nail ola bilmədilər. Azərbaycan türkləri arasında birlik ideyası daha da gücləndi. Xalq başa düşdü ki, onun nicatı yalnız özünə arxalanmaqda, öz milli təşkilatının arxasınca getməkdə və onun ətrafında möhkəm birləşməkdədir. Bu hadisə Azərbaycanda milli siyasi partiyalar arasında müstəqil dövlətçilik ideyasını möhkəmləndirdi.

Qafqaza və Qarabağ torpaqlarına qonaq kimi gələn ermənilər sonradan bu yerləri özününküləşdirməyə çalışmış, etnik təmizləmə siyasəti apararaq ötən əsrin 80-ci illərinin sonunda "türksüz Ermənistan" dövləti yaratmışlar. Əvvəl "Şərq məsələsi", ondan sonra "erməni vilayəti", sonra "erməni məsələsi", daha sonra "Qarabağ problemi" ilə dünya ictimaiyyətini aldadan saxtakar erməni millətçiləri bir gün tarix qarşısında cavab verməli olacaqlar. Artıq bu proses başlayıb. Hər hansı bir tarixi hadisəni araşdırmaq tarixçilərin işidir. Tarixi isə siyasiləşdirmək olmaz və o, obyektiv həqiqətlərə əsaslanmalıdır. ABŞ, Türkiyə, Rusiya, Fransa, Azərbaycan alimləri külli miqdarda arxiv və rəsmi sənədlərə söykənərək sübut etmişlər ki, 1915-ci ildə heç bir erməni soyqırımı olmamışdır. Bu, erməni millətçilərinin uydurduğu yalan və böhtan dolu bir təbliğatdır. Çünki "müxtəlif tayfaların tör-töküntüləri olan" başkəsən ermənilər (Strabon) özlərinin yalanını dünyaya sırımağa öyrəşmişlər. Qədimdən "ikiüzlü və riyakar", "hiyləgər və kələkbaz adamlar olan" (Aleksandr Düma) fırıldaqçı ermənilər bütün zamanlarda türklərə və azərbayanlılara qarşı amansız olmuş, torpaqlarımızı zəbt etmiş, soyqırımı siyasəti aparmışlar. ABŞ, Avropa və digər dünya ölkələrinin rəsmiləri yaxşı bilirlər ki, ermənilər Xocalı soyqırımını törətmiş, torpaqlarımızın 20 faizini işğal etmiş, bir milyondan çox adamın məcburi köçkünə və didərginə çevrilməsinə bais olmuşlar.

Soyqırımı həqiqətlərini üzə çıxarmaq istiqamətində ümummilli liderimiz Heydər Əliyev ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verdi və törədilmiş cinayətləri soyqırımı siyasəti adlandırdı. Arxiv sənədləri və tarixi həqiqətlər bir daha onu göstərir ki, bugünkü erməni quldur dəstələrinin törətdikləri cinayətlər sanki 1918-ci il cinayətlərinin təkrarıdır. Qarabağ hadisələri, Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, Qaradağlı soyqırımı və digər soyqırımı hadisələri ermənilərin törətdikləri qanlı hadisələrdir.

Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan hökumətinin qarşısında dayanan ən mühüm vəzifə azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etməkdir. Bəli, bu gün biz qabaqlayıcı təbliğat maşınına, güclü və monolit hücum taktikasına, əks-təbliğata malik sağlam düşüncə potensialına əsaslanmaqla tarixi həqiqətləri dünyaya çatdırmalıyıq.

Nuru MƏMMƏDOV,

Bakı Dövlət Universiteti

Tarix fakültəsinin Azərbaycan tarixi

(humanitar fakültələr üzrə) kafedrasının professoru.