Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Məlumat

Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb

Çinə işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Çin Kommunist Partiyası Mərkəzi İntizam Komissiyasının və Milli Müşahidə Komissiyasının üzvü Vanq Hongjinlə görüşüb.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, görüşdə dövlətlərimiz və xalqlarımız arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Vanq Hongjin 2008-ci ildə Çinin Siçuan əyalətində baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti tərəfindən dövlət büdcəsi hesabına yeni məktəbin inşasını minnətdarlıq hissi ilə xatırladığını qeyd edib.

Kamran Əliyev Çinin Milli Müşahidə Komissiyası tərəfindən Təmiz İpək Yolu Forumunun yüksək və peşəkar səviyyədə təşkil olunması və uğurlu keçirilməsi münasibətilə həmkarını təbrik edib.

Baş prokuror ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə və öncül beynəlxalq təcrübəyə əsaslanan antikorrupsiya islahatları barədə Vanq Hongjini məlumatlandırıb.

Tərəflər ölkələrimiz arasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, sahibkarlıq fəaliyyətində şəffaf biznes iqliminin və rəqabətliliyin təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Görüşdə ölkəmizin Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.

Nümayəndə heyətinin Çinə səfəri başa çatıb.

''Respublika''.