BAYRAM ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏT
Region

BAYRAM ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏT

Vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük qayğı göstərilir. Gəncə şəhər tibb müəssisələrində də şəhid ailələri daimi diqqətdədir. Bütün bayramlarda ziyarət olunur, bayram sovqatı çatdırılır, müalicəyə və sanatoriyalara göndərilir. Ramazan bayramı ərəfəsində də Gəncə şəhər Birləşmiş Xəstəxanasının rəhbərliyi və Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası Ramazan bayramı münasibətilə tədbir təşkil edib. Şuranın sədri Güllər Süleymanova şəhid ailələrini təbik edərək bildirilib ki, builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Daha sonra, Gəncə səhiyyə müəssisələrində çalışan 30 şəhid ailə üzvlərinə bayram sovqatı təqdim olunub. Şəhid ailələri, onlara daimi göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.