BDU-nun bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı başlayıb
Elm və təhsil

BDU-nun bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı başlayıb

Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinə qəbul olanların elektron qeydiyyat prosesi sentyabrın 5-dən 14-dək (saat 18:00-ə qədər) davam edəcək.

Bu barədə "Respublika"ya BDU-dan məlumat verilib. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.