Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri ilə görüş
İQTİSADİYYAT

Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri ilə görüş

İqtisadiyyat nazirinin Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri ilə görüşündə əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər müzakirə edilib.

21 iyun İqtisadiyyat Nazirliyindən bildirilir ki, nazir Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının çoxşaxəli olduğunu qeyd edib, ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin və texnoloji yeniliklərin tətbiqi baxımından əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Mikayıl Cabbarov ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər, vergi siyasəti və inzibatçılığı sahəsində reallaşdırılan islahatlar barədə məlumat verib.

Anna Bordon Azərbaycanda aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən  dəstəkləndiyini, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurları vurğulayıb, tərəfdaşlığa dair fikrilərini bölüşüb.

Tərəflər əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər barədə müzakirə aparıblar.

“Respublika”.