Biçin sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
Sosial həyat

Biçin sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

Bölgələrdə taxıl biçini davam edir. Artıq 658339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2,164,746 ton məhsul yığılıb.

“Respublika” xəbər verir ki, taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.

Bugünədək 16 rayonda taxıl sahələrinin 90 faizindən çoxunda biçin başa çatıb.

Respublika üzrə arpa sahələrinin 80 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir.  Buğda sahələrinin isə 50 faizində biçin aparılıb, 333088 hektar biçilmiş sahədən 1169774 ton buğda yığıılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.

Hazırda biçin kampaniyasında 1493 kombayn iştirak edir. Onlardan 627-si “Aqroservis” ASC-nin, 866-sı isə hüquqi və fiziki şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.

“Aqroservis” ASC-nin kombaynları vasitəsilə 216848 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 441491 hektar sahə biçilib.

Taxıl biçini davam edir.

Nəriman CAVADOV,

“Respublika”.