Birinci instansiya məhkəmələrində 93,7 min işə baxılıb   
Digər xəbərlər

Birinci instansiya məhkəmələrində 93,7 min işə baxılıb   

Dövlət Statistika Komitəsi  Ədliyyə Nazirliyinin məlumatlarına əsasən bildirir ki, 2022-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 93,7 min işə baxılmışdır ki, bu da 2021-ci ilin göstəricisindən 30,2 faiz çoxdur. Onların 63,2 faizi idarəçilik qaydaları, 5,4 faizi yol hərəkəti qaydaları, 3,9 faizi mülkiyyət əleyhinə, 3,7 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 3,0 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,7 faizi sağlamlıq əleyhinə, 0,9 faizi vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə, 0,8 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə, 0,3 faizi gömrük qaydaları əleyhinə olan, qalanları isə digər inzibati xətalarla bağlı olmuşdur.    

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 50,7 min nəfər olmuşdur.

                                                                                     “Respublika”.