Birləşmiş Ərəb Əmirliklərində 75 ilin ən yüksək yağışı qeydə alınıb
Dünya xəbərləri

Birləşmiş Ərəb Əmirliklərində 75 ilin ən yüksək yağışı qeydə alınıb

Körfəz ölkələri daşqın və sel fəlakəti ilə üz-üzədir. Son 75 ilin ən yüksək yağıntı miqdarının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydə alındığı açıqlanıb. Uçuşlar təxirə salınıb, təhsil distant formaya keçib.

"Respublika" xəbər verir ki, bu barədə BƏƏ-nin Milli Meteorologiya Mərkəzi məlumat verib. Qeyd edilib ki, ölkənin müxtəlif bölgələrində davam edən leysan yağışları ilə əlaqədar uçuşların təxirə salınıb: "Müxtəlif bölgələrdə son 24 saat ərzində yüksək yağıntı miqdarı müşahidə olunub. İqlim məlumatlarının toplanmağa başladığı 1949-cu ildən bəri bu ən yüksək göstəricidir", - deyə mərkəz bildirib.