Həmas Türkiyənin dəstəyini yüksək qiymətləndirir
Dünya xəbərləri

Həmas Türkiyənin dəstəyini yüksək qiymətləndirir

Həmas rəhbərlərindən Sami Əbu Zuhri Türkiyənin İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağına etdiyi yardımlarla bağlı qiymətləndirmələr edib.
"Respublika" "Hürriyet"-ə istinadən xəbər verir ki, Əbu Zuhri Həmas ilə Türkiyə arasındakı əlaqələrin yüksəksəviyyəli olduğunu bildirib və Türkiyənin Qəzzaya həm diplomatik, həm də humanitar yardım baxımından dəstəyini təqdirəlayiq hesab edib. Əbu Zuhri, "Rəsmi olaraq, Türkiyə hökumətinin həyata keçirdiyi diplomatik və yardım səyləri olduqca yaxşıdır, bunu təqdir edirik", - dedi. Əbu Zuhri Türkiyənin müharibəni dayandırmaq üçün İslam koalisiyasına rəhbərlik edə biləcəyini qeyd edib, həm də regionda qabaqcıl ölkə olduğunu bildirib.

Röya RÜSTƏMLİ,

"Respublika".