Bölgələrdə yaşayan aztəminatlı ailələrin övladları üçün yeni aksiya
Sosial həyat

Bölgələrdə yaşayan aztəminatlı ailələrin övladları üçün yeni aksiya

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq bölgələrdə yaşayan aztəminatlı ailələrin övladlarını sevindirmək üçün yeni aksiyaya start verilir. Aksiya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə baş tutur.

Nazirliyin mətbuat xidməti bildirir ki, aksiyanı keçirməkdə məqsəd həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Qeyd edək ki, aksiya çərçivəsində arzularını məktubla asanmektub.az saytına yerləşdirən 100 uşağın arzuları həyata keçiriləcək.

Nəriman Cavadov.

“Respublika”.